«Gilan Holdinq» Bakı kəndlərinin birində ayaqqabı fabriki tikir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq” Bakı kəndlərinin birində(bəzi məlumatlara görə Şüvəlanda) ayaqqabı fabriki tikir.
“Azadlıq”a daxil olan məlumatlara görə, fabrikin qısa müddətdə hazır olması planlaşdırılır. Məlumatlarda deyilir ki, sözügedən fabrikdə ayaqqabı istehsalı üçün xammal əsasən Yevlaxdan alınacaq. Bu həmin rayonda “fövqəlnazir”ə təsərrüfatların olması ilə bağlıdır. Iddialara görə, fabrik ayaqqabı istehsalına başlayandan sonra xırda sexlərin fəaliyyəti məhdudlaşdırılacaq. Həmçinin gömrük vasitəsilə ayaqqabı idxalına əngəl yaradılacaq.
İnformasiya şöbəsi