Olayın dövlət başçısının keçirdiyi müşavirədən sonra baş verdiyi deyilir
Dünən redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağırılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilib seçilməməsi barədə hələlik məlumat yoxdur. Daxili İşlər Nazirliyindən məsələni dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, dünən dövlət başçısı keçirdiyi müşavirədə banklara qaytarılmayan kreditlərin məsələsinə toxunub və iş adamlarının dövlətin vəsaitini taladığını deyib. Bu çıxışdan sonra növbəti həbslərin olacağı gözlənilən idi.
azadlıq.info