Hacı İbrahim Nehrəmli də «Bandotdel»ə aparıldı; Dünyamin Xəlilovun həbsi xəbəri yayıldı; Nizami Piriyevin obyektləri bağlandı
Iki gün öncə “Cahangir Hacıyev işi”nə Bakıda həbs olunan Nizami Piriyev hazırda DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır. Bunu virtualaz.org saytına açıqlamasında oliqarxın vəkili Muxtar Mustafayev deyib. Vəkilin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir. Bununla belə M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib.
Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində “Bandotdel”in təcridxanasında saxlanılacaq.
Nizami Piriyevin obyektləri bağlandı
Nizami Piriyevin həbsindən sonra onun sahibi olduğu obyektlər bağlanmağa başlayıb. Bu barədə xəbəri aznews.az yayıb. Məlumata görə, neft maqnatının bir müddət əvvəl açdığı Port Baku Mall-da yerləşən dünyaca tanınmış “WH Smith book-caf” mayın 12-dən etibarən fəaliyyətini dayandırıb. Bundan başqa, daha bir neçə obyektinin satışa çıxarıldığı bildirilir.
Qeyd edək ki, N.Piriyevə məxsus “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir.
Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar. “PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Hacı İbrahim Nehrəmli də saxlanılıb
Bu arada məlumat yayılıb ki, “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı Ibrahim Nehrəmli saxlanılıb. Virtualaz.org-un əldə etdiyi məlumata görə iş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş Idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.
Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.
Bununla belə, məlumatı Hacı Ibrahimin layihəsi olan “Xəzər Island”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, aznews.az-a bildirib ki, hər gün adalarda olan Hacı Ibrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.
Musavat.com isə “Avesta” şirkətinə xəbər yayıb ki, Hacı Ibrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılıb: “Hacı Ibrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər. Onun istintaqa çəlb edilməsinin ”Xəzər adaları" layihəsi ilə heç bir əlaqəsi yoxdur. Istintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMI-dən çıxması gözlənilir".
Lakin dünən günün sonuna qədər Hacı Ibrahimin sərbəst buraxılması ilə bağlı heç bir məlumat verilməyib.
Hadı Ibrahim Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşıdır. Məlumatlara görə, o, Beynəlxalq Bankdan 850 milyon dollar kredit götürüb.
Hadı Ibrahim Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşıdır. Məlumatlara görə, o, Beynəlxalq Bankdan 850 milyon dollar kredit götürüb.
Keçmiş deputatın həbsi xəbəri yayıldı
Dünən həmçinin “Globus Plaza” şirkətinin sahibi, keçmiş deputat, Cahangir Hacıyevə yaxınlığı ilə seçilən Dünyamin Xəlilovun da həbsi xəbəri yayılıb.
Lakin keçmiş deputat xəbəri təkzib edib. “Mən hazırda müalicədəyəm”,- deyə o, APA-ya açıqlamasında bildirib.
Dünyamin Xəlilov əlavə edib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: “Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram”.
Eks-deputat istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, bir neçə il əvvəl Azadlıq Radiosu Beynəlxalq Bankla bağlı araşdırma dərc etmişdi. Həmin yazıda 185 milyonluq “kredit əməliyyatı”ndan bəhs edilirdi.
Qeyd edilirdi ki, bu məsələ səhmlərinin bankda audit yoxlamaları və hüquq-mühafizə orqanlarının məhkəməyə müraciətlərindən bəlli olub. Bank və dövlət rəsmiləri isə gedən yoxlamaları və hətta həbsləri də ört-basdır etməyə çalışıblar.

Beynəlxalq Bankdakı vəziyyət beynəlxalq narahatlığa da səbəb olub. Beynəlxalq Valyuta Fondunun bu ilin fevralında Azərbaycana səfər edən missiyası ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə bu bankda tənzimləmə proseslərini başlamaq üçün hökuməti təcili tədbirlər görməyə çağırıb.
Bankın internet saytında göstərilir ki, vaxtı ötmüş kreditlərin 103.9 milyon manatı təhlükəli, 81.2 milyon manatı isə ümumiyyətlə, qayıdacağına ümid olmayan kreditlərdir. Bankın tamamilə əlini üzdüyü aktivlərə “ümidsiz kreditlər” deyilir.

Vaxtı ötmüş kreditlərin təqribən üçdə biri – təhlükəli və “ümidsiz” kreditlərin həcminə bərabər məbləğ isə bir adamın – Xəqani Bəşirovun əlindən keçib – istintaq materiallarında belə iddia edilir.
Xəqani Bəşirov kimdir?
50 yaşlı Xəqani Bəşirov geniş əlaqələrə malik azərbaycanlı biznesmendir. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də, Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var.
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti “VneshExpertService”i yaradıb (2006-cı ildə “V.E.S. Consultancy LLC” şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.
Yeri gəlmişkən, Beynəlxalq Bank “Anglo-Asian Mining plc” şirkətinin də əsas kredit verənlərindən biridir.
Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb və qaytarmayıb.
Xətai rayon məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov azad edilib. Həbs üçün əsas verən iddiaların sonrakı istintaqı isə müəmmalarla doludur.

Daha bir şans, daha bir kredit
Vergi istintaqının Xəqani Bəşirova məxsus olduğunu iddia etdiyi “Siqma Layn” şirkəti Beynəlxalq Bankdan sahibkarlığa yardım kreditləri götürmək üçün müxtəlif regionlarda yerli bizneslərlə işbirliyi qurub. Onlardan biri də Kürdəmirdəki Şirə zavodu – “Qelios” MMC olub. 2008-ci il martın 7-də “Siqma Layn” “Qelios”un 50 faiz səhmlərinə sahib olub, lakin səhmlərinin pulunu tam ödəməyib. Sonrakı illər ərzində “Siqma Layn” Beynəlxalq Bankdan “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb, əsas kredit və faizlər üzrə borclarını qaytarmasa da, bank ona kredit verməyə davam edib. Üstəlik, kredit faizində xeyli güzəşt edildiyi görünür – Beynəlxalq Bankın adətən 18-22 faizlə kredit verdiyi deyilir, amma sözügedən şirkət 13 faizlə kredit götürüb.
Beləcə, Beynəlxalq Bankın hər ay (5 ay müddətində) “Siqma Layn”a ötürdüyü pulun, nə əsas kredit borcu, nə də faizləri ödənib. Bu borclar 2010-cu ilin 1 dekabr tarixinə hesablanıb. Bu tarixdə isə şirkətin himayədarı hesab edilən Xaqani Bəşirov hələ həbsdəydi.
Kürdə batan mühasib
Üç tərəfin pul çəkişməsi bir yana, audit yoxlamalarının qaynar vaxtında şirə zavodunun mühasibinin yoxa çıxması maliyyə çək-çevirinin bir ailənin faciəsinə səbəb ola biləcəyi haqda şübhələr yaradır.
Kürdəmir şirə zavodunun – “Qelios” MMC-nin baş mühasibi Nadir Kərimov aprelin 7-də itkin düşmüşdü, 21 günlük axtarışdan sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapıblar. Bununla əlaqədar Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb. Ölən mühasib Nadir Kərimovun ailəsi şikayət ərizəsində yazıb ki, onu öldürüb Kürə atıblar.
Deputat Fərhad Qəribovun mətbuata dediyinə görə, “Qelios” MMC onun qohumlarına məxsusdur. MMC-nin şərab, şirə istehsalı kombinatının açılışını 2008-ci ildə Ilham Əliyev edib. Amma müəssisəni işə salmaq üçün nə qırmızı lent, nə də Beynəlxalq Bankın “Siqma Layn” şirkətinə verdiyi kredit yetərli olub. Maliyyə çatışmazlığı üzündən zavod istehsalı dayandırıb.
Audit zamanı Xəqani Bəşirovun bankdan aldığı kreditlər hesabına həyata keçirilən tikinti layihələri də yoxlanıb. Bakıda, Şəkidə, Mingəçevirdə, Sumqayıtda və digər şəhərlərdə sərmayə qoyulan layihələrin smeta dəyərləri yoxlanılarkən, xərclərin 40-60 faizinin şişirdilərək silinməsi aşkarlanıb. Bir neçə nəfər həbs olunub.
Beynəlxalq Bank Idarə Heyətinin sədri Cahangir Hacıyev və Xəqani Bəşirovun adı bir neçə mənbədə əməkdaşlıqda keçir. Beynəlxalq Bank Bəşirova məxsus bir neçə şirkətin rəsmi partnyorudur. “Intelligenceonline.com” saytı yazır ki, Xəqani Bəşirov və Beynəlxalq Bank Vaşinqtonda yerləşən eyni lobbi şirkətinin də xidmətlərindən istifadə edir.
Bundan başqa, Hacıyev və Bəşirov eyni illərdə Xarici Iqtisadi Əlaqələr Nazirliyində çalışıblar. Həmin dövrdə onlarla birgə XIƏN-də işləmiş, Xaqani Bəşirova məxsus “General Construction” MMC-nin direktoru, “Vneşekspertservis” şirkətinin əməkdaşı Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun Bəşirovla birgə işlədiyi “General Construction” MMC də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir.