"İşlər belə davam etsə, aparılan siyasət durdurulmasa, manatın növbəti devalvasiyası da qaçılmaz olacaq"
Əli Kərimli 3 may mitinqilə bağlı xalqa çağırış etdi
AXCP sədri Əli Kərimli Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqə çağırış edib. Əli Kərimlinin müraciəti “Azərbaycan saatı”nın 26 aprel tarixli verilişində efirə verilib. Verilişin həmin hissəsinin videoyazısı həm də AXCP liderinin facebook səhifəsində paylaşılıb. Videonu belə bir qeyd müşaiyət edir:
"İşlər belə davam etsə, aparılan siyasət durdurulmasa, manatın növbəti devalvasiyası da qaçılmaz olacaq. Qiymətlər daha da artacaq. Dövlət rezervləri tükənəcək, iqtisadiyyata investisiya qoyuluşu kəskin azalacaq, bütün sahələrdə, xüsusilə də yanacaq, tikinti və bank sektorunda böhran dərinləşəcək. Bütün bunların fonunda isə monopoliya, korrupsiya, israfçılıq davam edəcək. Amma bunlar olmaya da bilər. Biz millət olaraq bu prosesi durdura bilərik. İlk addım kimi 3 may, saat 15:00-da “Məhsul” stadionunda Milli Şuranın keçirəcəyi (razılaşdırılmış) mitinqə gəlin, bu siyasətdən narazı olduğunuzu hökumətə çatdırın".
İşlər belə davam etsə, aparılan siyasət durdurulmasa, manatın növbəti devalvasiyası da qaçılmaz olacaq. Qiymətlər daha da artacaq. Dövlət rezervləri tükənəcək, iqtisadiyyata investisiya qoyuluşu kəskin azalacaq, bütün sahələrdə, xüsusilə də yanacaq, tikinti və bank sektorunda böhran dərinləşəcək. Bütün bunların fonunda isə monopoliya, korrupsiya, israfçılıq davam edəcək. Amma bunlar olmaya da bilər. Biz millət olaraq bu prosesi durdura bilərik. İlk addım kimi 3 may, saat 15:00-da “Məhsul” stadionunda Milli Şuranın keçirəcəyi (razılaşdırılmış) mitinqə gəlin, bu siyasətdən narazı olduğunuzu hökumətə çatdırın.
Posted by Ali Karimli (Əli Kərimli) on Sunday, 26 April 2015