Əli Kərimli hakimiyyətin xalqı böhranda necə boğduğunu incəliklərinə qədər açdı VİDEO
AXCP sədri Əli Kərimli "Azərbaycan saatı" televiziya proqramının 29 mart tarixli verilişində xalqa müraciətlə çıxış edib. Əli Kərimli hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkədə yaranmış sosial-iqtisadi böhranın incəliklərini açıb və vəziyyətdən çıxış yollarını göstərib. O, böhranın ağırlığını xalqın üzərindən götürmək üçün hakimiyyətin heç bir əməli tədbir görmədiyini və bunun səbəblərini də izah edib. Sonda AXCP sədri vəziyyəti dəyişmək üçün xalqın elliklə dinc etiraz aksiyasına qalxmalı olduğunu diqqətə çatdırıb və Milli Şuranın aprelin 5-nə təyin etdiyi "Talana son" mitinqində fəal iştiraka səsləyib. Əli Kərimlinin müraciətini təqdim edirik:
Kim sizə haqq verib ki, bu xalqın sərvətini yeyib dağıdasınız, özünüz yemədiyinizi də mənasız layihələrə xərcləyib, xalqı səfalətə sürükləyəsiniz? İnşaatçılar metrostansiyası yanındakı “Məhsul” stadinunda 5 apreldə keçirəcəyimiz (razılaşdırılmış) mitinqdə siz də iştirak edin, bu sualı hakimiyyətə birlikdə ünvanlayaq.
Posted by Ali Karimli (Əli Kərimli) on Sunday, 29 March 2015