Moskva və Sankt-Peterburqda matəm yürüşləri keçirildi
Moskvada fevralın 27-i qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirəsinə həsr olunan matəm yürüşü keçirilib. Yürüş iştirakçıları əllərində Nemtsovun portrertlərini, onun xatirələrdə əbədi yaşayacağını bildirən və qətl pisləyən şüarlar tutublar. Yürüş Slavyansk meydanından keçməklə Nemtsovun qətlə yetirildiyi Böyük Moskva çayı körpüsünədək davam edib. On minlərlə insan axın-axın Nemtsovun qətlə yetirildiyi yeri ziyarət edərək, ora gül dəstələi düzüblər.
Yürüş iştirakçılarının sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Daxili İşlər Nazirliyi 16,5 min, müstəqil müşahidəçilər 51 min, müxalifət təmsilçiləri isə 70-100 min nəfər deyir.
Moskva ilə yanaşı Sankt-Peterburqda da Nemtsovun xatirəsinə həs olunmuş mitinq və yürüşü keçirilib.
***
28/02/2015
Moskvada ötən gecə qətlə yetirilən müxalifət lideri Boris Nemtsovu anım mərasimi keçirilir. İnsanlar axın-axın şəhərin mərkəzində onun güllələndiyi yerə gələrək gül dəstələri qoyurlar.
Martın 1-də isə Moskvanın mərkəzində Nemtsovu anım yürüşü keçiriləcək. Yürüşü Rusiyanın birləşmiş müxalifəti təşkil edir. Müxalifət 1 marta təyin etdiyi “Vesna” antiböhran yürüşünü ləğv edərək, aksiyanı Moskvanın mərkəzində Nemtsovu anım aksiyası ilə əvəz edib.
Əvvəlcə Moskva meriyasının belə bir əvəzləməyə razılıq vermədiyi deyilsə də, sonradan məlumat yayıldı ki, Nemtsovu anım yürüşünə rəsmi razılıq verilib.