“Freedom House”: “Azərbaycanda hökumət repressiyaları gücləndirib“
“Freedom House” hüquq müdafiə təşkilatı “Dünyada Azadlıq-2015” adlı illik hesabatını yayıb. Hesabat 195 ölkədə azadlığın səviyyəsini dəyərləndirib. Hesabatda deyilir ki, 2014-ci ildə azadlığının vəziyyəti demək olar ki, hər yerində xeyli pisləşib.
Suriya dünyanın ən qeyri-azad ölkəsi sayılıb. Rusiyanın Ukraynanı işğalı isə demokratiyaya pis zərbə adlandırılır.
Bildirilib ki, Azərbaycan və Venesuelada siyasi məhbusların sayı 2014-ci ildə artıb. Azərbaycan son bir neçə ildə olduğu kimi, “azad olmayan” ölkələr sırasında yer alıb. Bu onunla izah olunur ki, Azərbaycanda hökumət tənqidçilərinə, insan haqları fəallarına və jurnalistlərə qarşı repressiyaları gücləndirib, onları həbsə atıb.