Bakı Metropoliteni, «Azərenerji» və ARDNŞ-dən sonra daha bir neçə qurumda işçilərin sayı azaldılır
Dövlət idarələrində kütləvi ixtisarlar davam edir. Bakı Metropoliteni , “Azərenerji” və ARDNŞ-dən sonra daha bir neçə qurum ixtisar barədə qərar verib. “Azadlıq”a daxil olan məlumata görə, “Azərsu” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti işçilərin 30 faizini ixtisara salmaq niyyətindədir.
Məlumatda deyilir ki, yaxın gülnlərdə prosesə start veriləcək. Lakin dövlət idarələrində ixtisarlar bununla yekunlaşmır. Bildirilir ki, ən böyük ixtisar qarşıdakı iki ay ərzində Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan və əməkdaşlıq etdiyi tikinti idarələrində həyata keçirələcək. Məlumatda həmçinin qeyd olunur ki, Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsində də gözlənilir. Dövlət büdcəsindən bu quruma ayrılan maliyyə vəsaiti yarıbayarı azaldılıb. Bu da tamamlanmaqda olan işlər üçündür. Yeni layihələr üçün isə maliyyə vəsaiti nəzərdə tutulmayıb. Bu baxımdan qurum ixtisarlara getmək məcburiyyətindədir.
Qeyd edək ki, ixtisarlar neftin qiymətinin ucuzlaşması ilə bağlıdır. Ölkə başçısı Ilham Əliyev çıxışlarında neftin ucuzlaşmasının Azərbaycana heç bir təsirinin olmadığını bəyan edirdi.