Yeni stansiyaların tikintisi dayandırıldı; Tikinti idarəsinin 600 işçisi öz hesabına məzuniyyətə göndərildi
Neft uculaşması Bakı Metropolitenində yeni stansiyaların tikintisinin dayandırılmasına səbəb olub. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, metropolitenin tikinti işləri bütün işləri dayandırıb.
Idarənin 1500 işçisindən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib. 600 nəfər isə sadəcə görüntü üçün saxlanılıb. Iddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir.
Başqa məlumatlarda isə bildirilir ki, əksər dövlət qurumlarına ixtisarlar barədə göstəriş verilib. Yaxın vaxtlarda büdcə təşkilatlarında çalışanların əhəmiyyətli hissəsinin işini itirəcəyi gözlənilir.
Onu da qeyd edək ki, neftin ucuzlaşması davam etdikcə hakimiyyət düşərgəsindən iri infrastruktur layihələrin dayandırılması barədə açıqlamalar gəlir.