«Fövqəlnazir»in Rusiya ilə bağlı iri layihələr həyata keçirmək niyyətində olduğu bildirilir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni rusdilli sayt açır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda iddia edilir ki, yeni sayt Kəmaləddin Heydərovun nəzarətində olan media qruplarından birinin nəzdində fəaliyyətində göstərəcək. Saytın yaxın vaxtlarda fəaliyyətə başlacayağı bildirilir. Qeyd edək ki, bu, Kəmaləddin Heydərovun artıq ikinci rusdilli saytıdır.
Bəzi iddialara görə, yeni rusdilli saytın açılması “fövqəlnazir”in Rusiyaya qarşı reveranslarını tərkib hissəsidir. Artıq bir müddətdir ki, Kəmaləddin Heydərovun Rusiya siyasi dairələri sıx ilişgilər qurması barədə məlumatlar yayılır. “Fövqəlnazir”ə yaxın ictimai-siyasi fəalların da Rusiyanın təbliğatını aparması bununla əlaqələndirilir.
Məlumatda o da bildirilir ki, Kəmaləddin Heydərov Rusiya ilə bağlı iri ictimai, sosial və mədəni layihələr də həyata keçirmək niyyətindədir.