Əli Kərimli 22 il əvvəl: «Arxivlər mütləq açılmalıdır»
Diqqətli izləyicimiz unutmayıbsa, “KQB”-nin (Dövlət Təhlükəsizlik Komitəsi – DTK) agent şəbəkəsi barədə bir neçə gündür davam edən silsilə məqalələrin lap əvvəlində qeyd etmişdik ki, yazdıqlarımız təsadüfən əlimizə keçən köhnə qəzet dəstəsinin bazasına əsaslanır. Əlbəttə, bu, dərin araşdırmaya iddialı yaradıcılıq deyil. Fəqət, bu mövzuda ən kiçik epizodlar da qiymətlidir. Elə buna görə də rastlaşdığımız məlumatları azca cilalamaqla, oxuculara təqdim etməyi faydalı bildik.
Ötən iki məqalədən sonra Milli Məclisdə AXC zamanı (1992, oktyabr) bu mövzuda aparılan müzakirə barədə yazılacaq nəsə qalmadı. Faktlar nə idisə, onları diqqətinizə çatdırdıq.
Onlar niyə susub?
İndi isə həmin müzakirələrin açdığı cığırlarla gedib, başqa qiymətli faktların da izinə düşə bilərik. Bu məqamda bir fikir yəqin ki, sizin də ağlınıza gələcək; hazırkıhakimiyyətdəkilər irticaçı, şəffaflıqdan uzaq, elə “NKVD” ruhuna sadiq adamlardı. Onlar heç adi məsələlərlə bağlıictimai müzakirəyə hazır deyillər, ən yumşaq jurnalist sualına Ziya Məmmədovsayağı“ə gedin, işinizlə məşğul olun, mənə bir də zəng etməyin” cavabıverəcək zehniyyətdə olan adamlardı. Yəni, bunlardan “KQB”nin xalqa zidd addımları, ümumiyyətlə, bu qurumun keçmişi barədə nəsə etməyi ummaq belə yersizdir. Belə olan halda, nədən başqa ölkələrdə olduğu kimi, biz keçmiş çekistlərimizin memuar, xatirə janrında yazıvə kitablarına rast gəlmirik? Bu yöndə Vaqif Hüseynovun birmənalıqarşılanmayan, qalmaqallı, qərəzlilikdə ittiham olunan bir kitabıistisnadır. Bəs qalanları? Onlar niyə susub?
Tutaq ki, Azərbaycanda yaşayan keçmiş çekistləri başa düşdük, onlar hakimiyyətin qəzəbindən ehtiyatlanırlar. Bəs xaricdə yaşayan xeyli sayda “KQB”şniklər nədən susublar? Axıonların başqa ölkədən olan həmkarlarıbu istiqamətdə misilsiz kitablar yazırlar…
Məntiq deyir ki, ya bizimkilər yazmaq və peşəkarlıq baxımından bacarıqsızdır, onların peşə fəaliyyəti zamanıoxucunun diqqətini çəkəcək parlaq heç bir hadisə olmayıb; ya da bu adamların boğaza qədər cinayətləri var, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə ömürlərinin fiziki sonunu gözləyirlər.
KQB arxivlərinin açılması nə üçün vacibdir?
Istənilən gizlilik özünə qarşımaraq oyadır, xüsusən də bu, DTK kimi mübhəm qurum ola… Amma azərbaycanlıların o arxivlərin açılmasına marağı“kor maraq” deyil. Bir çoxlarıhesab edir ki, bu günə qədər xalqımızın başına gətirilən və indinin özündə də giriftar olduğu problemlərin mərkəzində məhz “KQB” və onun agentləri dayanıb.
Təkcə bir fakt: erməni təbliğat vasitələrinin Xocalıfaciəsi əleyhinə işlətdikləri bir fikir var ki, oradakımeyitlərin üzərindəki vəhşiliyi onlar yox, azərbaycanlılar edib.
Ermənilərin bu cəfəng fikri tirajlamağının səbəbi var. Çünki o fikir ilk dəfə bizim Milli Məclisdə Ayaz Mütəllibova yaxın şəxs tərəfindən dilə gətirilib və bu gün də sağ olan həmin o şəxsin “KQB” agenti olmasıbarədə kuluarlarda çox söhbətlər dolaşır. Buna görə də müəyyənləşməyə, şəffaflığa ehtiyac var ki, aydın olsun, kim elin sözün danışır, kim direktivlərlə…
“KQB” tək deyil
Ancaq məsələyə dərindən yanaşdıqda, millət xainləri qismində gördüyümüz adamların təkcə “KQB”nin agentura şəbəkəsində olduğunu düşünmək səhv olardı.
Nə üçün?
Bu suala 1992-ci ilin yanvarında MTN rəhbəri Ilhüseyn Hüseynovun “Azadlıq” qəzetində çıxan müsahibəsində cavab tapmaq olar: “Sonra sizə bir şey deyim, yerindən duran elə DTK deyib durur. Əşşi, əl çəkin bu DTK-dan. Sizə bir şey deyim, bunu bilin. Moskvaya informasiyanıDTK-dan başqa, Azərbaycan Kommunist PartiyasıMərkəzi Komitəsi, Daxili Işlər Nazirliyi, Cənub istiqamətli xüsusi şöbə və Kəşfiyyat Idarəsi verirdi. Siz bunlarıkənara qoyub, bir DTK-dan yapışmısınız. Bunlarıda deyin də”.
Deməli, aydın olur ki, “minalar” cəmiyyətin altına tək bir qurum tərəfindən yerləşdirilməyib. Hər halda, işin peşəkarlarısağlam niyyət olduğu təqdirdə, bu məsələdən də çözüm yolu tapacaqlar.
Kimdə “KQB”şniklərin siyahısı var?
Ən elementar təhlil göstərdi ki, deməli, bizim “agentura şəbəkəmiz” güvəniləcək deyil. Ayrı-ayrıadamların əlində agentlərlə bağlıkonkret faktlar var və biz bilmirik ki, o faktlardan istifadə edib bu mənbə sahibləri hansıniyyətlərini reallaşdırıblar. Məsələn, öyrəndik ki, Nemət Pənahlıda, Vaqif Hüseynovda (DTK sədri) da belə sənədlər olub, hətta onların bəziləri ictimailəşib də.
Bu yöndə ən sensasiyalıməlumatı1992-ci ilin martında “Müxalifət” qəzeti yayıb. Qəzet həmin vaxt nazir Ilhüseyn Hüseynova “KQB” ilə bağlıbir sıra suallar yolladığınıvə ondan cavab gözlədiklərini yazıb. Bu, adi haldı, lakin sualların göndərilməsini qeyd edəndən sonra nazirlik təhdid olunur ki, aprelin birinci ongünlüyündə cavab verilməsə, 15 apreldən etibarən DTK-nın agentlərinin siyahısınıvə başqa məxfi sənədləri çap etməyə başlayacaqlar: “Ali Sovet rəhbərliyinin və bəzi deputatların nəzərinə çatdırırıq ki, ilk növbədə vaxtilə agent olmuş, yaxud komitə ilə sair formada əməkdaşlıq etmiş, lakin SSRI DTK-sının məlum təlimatına əsasən, fəaliyyət göstərən agentura şəbəkəsindən çıxarılmış deputatların da siyahısınıçap edəcəyik”.
Aprelin 10-da o zaman qəzetlə əməkdaşlıq edən tanınmış vəkil Adil Ismayılov nazirliklə əlaqə saxlayıb, cavab olub-olmadığınısoruşur. Ona deyirlər ki, cavab olmayacaq və qəzet də anonsunu gerçəkləşdirsə, onlarıməsuliyyət gözləyir. Aprelin 14-də Respublika Prokurorluğundan dövlət sirrini yaymağın “KIV haqqında” qanuna və başqa qanunlara görə yolverilməz olmasıbarədə “Müxalifət”ə rəsmi xəbərdarlıq gəlir. Beləcə, qəzetin də təşəbbüsü sönür…
Buradan bizə aydın olur ki, ortada fakt var, lakin onun yayılmasıməqbul sayılmır. O zaman DTK barədə çoxsaylıyazıların müəllifi olan Adil bəyin hər hansışəxslərin adınıçəkməsinə bu günə qədər çox təəssüf ki, şahid deyilik. Ümid edirik ki, Adil bəy bilik və bacarığından istifadə edərək, əlindəki qiymətli faktlara dair yeni yaradıcılıq məhsullarıortaya qoyacaq.
AXC-nin rəhbər və məmurları “KQB” arxivi barədə nə deyib?
Indi isə məqaləmizin ən maraqlıməqamına yetişirik. Təqdim edilən fakt “Azadlıq” qəzetinin 3 sentyabr 1992-ci il tarixli buraxılışından götürülüb. Bu o vaxtdır ki, hakimiyyətdə olan AXC Icraiyyə Komitəsi DTK arxivlərinin açılmasıilə bağlıqərar qəbul edib. “Azadlıq” qəzeti də bu qərarla bağlıo zaman dövlət hakimiyyətində təmsil olunan şəxslərə bir sualla müraciət edib: “KQB arxivlərinin açılmasına dair fikriniz nədir?”
O zaman “Azadlıq”ın şərhsiz təqdim etdiyi material ı22 ildən sonra yenə şərhsiz oxucuların öhdəsinə veririk.
Pənah Hüseynov (dövlət katibi): “Arxivlərin hamısınıbirdən-birə açmaq olmaz. Bu məsələdə bəzi xarici dövlətlərin təcrübəsi öyrənilməlidir. Tələsikliyə yol vermək ziyandır. Ən başlıcasıarxivlərin açılmasının dövlətçiliyə nə qədər xeyir və ziyan olmasınıaraşdırmaqdır”;
İsa Qəmbərov (Milli Məclisin sədri): “Bu məsələ parlamentə gəlib çıxsa, fikrimizi bildirərik”;
Arif Hacıyev (dövlət müşaviri): “Hər şeyin açılması, xüsusilə agentura sisteminin aşkarlanmasıcəmiyyətdə sabitliyin pozulmasına, hətta vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Ancaq arxivlərin bir qismi, şübhəsiz açılmalıdır. Yəqin, Milli Məclisdə bu məsələyə baxmağın vaxtıyetişəcək”;
İxtiyar Şirinov (dövlət müşaviri): “Arxivlərin açılmasından əvvəl parlament bir sıra qanunlar paketi hazırlayıb qəbul etməlidir. Öncə dövlət sirri haqqında, arxivlər haqqında qanunlar qəbul olunmalıdır”;
Sülhəddin Əkbərov (milli təhlükəsizlik nazirinin müavini): “Bu məsələni prezident, parlament həll etməlidir. Hələlik faydalıişləmək üçün operativ məlumatlar bizə bəs edir”;
Iman Abdullayev (MTN-nin mətbuat və ictimai əlaqədar şöbəsinin rəisi): “Müharibə aparan respublikada DTK arxivlərini açmaq nə dərəcədə vacibdir? Hələlik biz bu arxivlərin açılmasından öz məqsədləri üçün istifadə etmək və ləyaqətli oğullarıləkələmək istəyənlərdən sığortalanmamışıq. Ona görə də mən hələlik bunun əleyhinəyəm”;
Əli Kərimov (Prezident Aparatının şöbə müdiri): “Arxivlər mütləq açılmalıdır. Heç olmasa, bu son illərdə xalqa qarşıtörədilən cinayətlərin mexanizmi və əsl səbəbləri bilinməlidir. Görünür, səlahiyyəti çatan adamlar arxivlərin açılmasının hələ tez olduğunu hesab edirlər. Bəlkə də onların arqumentləri daha əsaslıdır”;
Tofiq Seyidov (AXC Icraiyyə Komitəsinin sədri): “1920-ci ildən bu günə qədər bütün arxivlər sözsüz açılmalıdır. Ancaq arxiv sənədləri geniş ictimaiyyətə çatdırılmamalı, yalnız əlaqədar instansiyaların sərəncamına verilməlidir. Bu məsələdə bizim mövqeyimiz qəti və dəyişməzdir”.
Ardı var
Natiq Güləhmədoğlu