Bakının mərkəzində möhtəşəm aksiya (FOTO/VİDEO)

  • PDF

Font Ölçüsü

10dekabr-aksiyasi2Minlərlə polisin mühasirəsi müxalifətin qarşısını ala bilmədi; çarəsizlik zorakılığa döndü

Dekabrın 10-da İctimai Palata Bakıda növbəti etiraz aksiyası keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin təyin olunduğu yerdə - Milli Məclisin qarşısında keçirilməsinə razılıq vermədiyi aksiya Fəvvarələr Meydanında baş tutdu.
Aksiya Beynəlxalq İnsan Haqları Günü münasibətilə təyin olunmuşdu. Məqsəd Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına etiraz etmək idi. Yüzlərlə insan İctimai Palatanın çağırışına qoşularaq aksiya çıxmışdı.

Möcüzə

Etraz aksiyası saat 14.00-a təyin olunmuşdu. Saat 12.00-dan isə Fəvvəralər Meydanı, ora aparan yollar hamısı polislə doldurulmuşdu. Bu aksiyaya hər zaman olduğundan daha çox və daha mütəşəkkil dəstələr cəlb edilmişdi. “Azərbaycan” kinoteatırının, “Nizami” muzeyinin, “Kitab pasajının”, “Malakan bağının”, “İSR Plasa”nin yanında təxmini hesablamalara görə iki minədək polis vardı. Mülki geyimli güc orqanları əməkdaşlar isə yenə də gözə girirdilər.
Aksiya təyin edilən vaxta 5-10 dəqiqə qalmış biz jurnalistlər düşündük ki, müxalifətçilər ən yaxşı halda Fəvvarələr Meydanına paraşütlə enə bilər; çünki doğrudan da meydan hər yandan “ətlə” (polis bədənləri) çəpərlənmişdi. Lakin, düz saat 14-də möcüzə baş verirmiş kimi “Araz” kafesinin önündə səfərbər olan cəbhəçilər dərhal oradan yürüşə başladılar.

“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.”
(“Quran”, Saff surəsi)

Cəbhəçilərin bu kalonuna AXCP sədrinin müavinləri Asəf Quliyev və  Fuad Qəhrəmanlı rəhbərlik edirdi. Ötən aksiyada olduğu kimi onlar bu dəfə də qol-qola girərək səf yaratdılar və polisin onların ardınca qaçmasına baxmayaraq “Azadlıq”, “İstefa”, “Rədd olsun avrotiratimz” şüarları səsləndirərək meydana girdilər.
Az keçmədən bəlli oldu ki, cəbhəçilərin birinci dəstəsi sanki diversiya qrupu imiş; çünki polis əsas simaları və hərəkəti görüb kalona hücum çəkdi, bu zaman ətraflarda yaranan boşluqdan aksiyaçılar meydana axışdı. Artıq nəzarət əldən çıxmışdı. Polis insanların coşqusu qarşısında tab gətirə bilmirdi.
AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Gənclər Təşkilatın sədri Əbülfəz Qurbanlı daha iki kalon yaradıb meydanda yürüş etdilər. Yan tərəfdən AXCP sədrinin müşavirləri Şakir Abbasov, Zərifə Məhəddinova, Məmməd İbrahim də qol-qola girərək yaratdıqları kalonla ümumi axına qarışdılar.
İstisnasız olaraq demək olar ki, “2 aprel”dən sonra müxalifət ən əzəmətli aksiyasını keçirirdi.

Polis zorakılıqları

Etrazçıların sırasında adda-budda həbslər baş versə də, polis onları saxlaya, sıralarını dağıda bilmirdi. Meydanın tam mərkəzində isə obrazlı desək xeyirlə şər burun-buruna gəldi: polisin səfi ilə etirazçıların səfi qarşı-qarşıya dayandı. Bu ecazkar mənzərə ətrafdakı xeyli adama emosiya verdi. Etirazçılar burunlarının ucunda dayanan polsidən qorxub qaçmır, əksinə baxışları və gur şüarları ilə onları “əzirdilər”. Bu anda artıq polis özünü əsl Azərbaycan polisi kimi aparmağa başladı.
Polis dəyənəkdən istifadə edir, aksiyaçıların sifətinə və başına zərbələr endirirdi. Ötən aksiyalarda polis formallıq baxımında da olsa, səsgücləndiricilərlə etirazçılara “dağılışmaq, asayişi pozmamaq” çağırışı edirdi, bu dəfə o da edilmirdi. Polis bir çox aksiyaçıları müqavimət olmadığı halda normal qaydada aparmaq yerinə yerə yıxıb sürüyərək aparırdı. Hiss olunurdu ki, polisin bu hərəkətləri komanda ilə bir mərkəzdən idarə olunur: mülki geyimli bir zabit etirazçıları yaxalayanlara elə bu cür də deyirdı: “yıx yerə, qolunu qatla, boynunu bur, ağzını yum!”.

“Makdonlads”ın niyə etirazçıları görməyə gözü yoxdu?

Polis o qədər əsəbi və özünə nəzarəti itirmişdi ki, dəlisovcasına mağazalara da soxularaq orda “sığınan” aksiyaçı xanımları da tutub aparırdı və onların bu hərətəki dinc sakinlərdə də barbarlıq təssüratı yaradırdı: axı doğrudan da polisin mağazaya soxulmağa nə ehtiyac vardı?
Yeri gəlmişkən, “Makdonalds”ın xidmətindən istifadə edən ictimai-siyasi fəallar bu şəbəkənin aksiyalara münasibəti barədə də düşünməlidirlər. Bununla üçüncü dəfədir ki “Makdonalds” işçiləri nəinki polisin əlindən qaçıb onun həyətində durmaq istəyən aksiyaçılara, hətta aksiyanı işıqlandıran jurnalistlə qarşı kobudluq nümayiş etdirir, onlarla eynən polis kimi davranırdı.

Aksiyaçı qandallanır

Meydana keçmiş vicdan məhbusu müsavatçı gənclərin öndərliyi ilə daxil olan daha bir kalon növbəti coşqunu yaratdı. Polis Tural Abbaslı və Əhəd Məmmədliyə qeyri-adekvat güc tətbiq etdi. Meydanda etirazın yatırılmaması ətrafdakı müşahidəçilərin də hisslərinə təsir edir, onlar kənardan əl çalır, fit verərək dəstəklərini göstərirdilər. Getdikcə polisin aqressiyası artırdı. Bunun daha bir əlaməti kimi cəbhəçi gənc Orxan Carçının qoluna qandal vurilaraq həbs edilməsini göstərə bilərik.
Tədbir İctimai Palatanın olsa da bu dəfə də Cəmil Hacıyevin başçılığı ilə ADP gəncləri öz sözlərini dedilər. Onlar da müxtəlif şüarlarla meydandaydılar. Kütləvi həbslər təxminən 20 dəqiqəyədək davam etdi.

Yenidən toparlanma

Meydan sakitləşəndə isə ikinci dalğanın Nizami küçəsində başladığı xəbəri gəldi. Burda AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və partiya sədrinin müşaviri Zərifə Məhəddinova vardı. Onların ətrafında toplaşan aksiyaçılar “Azadlıq”, “rədd olsun irtica” şüarları ilə yürüşə başladılar. Yürüş Səməd Vurğun küçəsinə qədər davam etdi. Burda polislər onların önünü kəsib həbslər apardı.

Həbs olunanlar

130-dan artıq aksiya iştirakçısı saxlanılıb. Onlardan 100 nəfərə yaxını Səbayel, Nəsimi və Yasamal rayon polis idarələrinə aparılıb. 30-dan artıq aksiya iştirakçısı isə yolda sərbəst buraxılıb.
Polis idarələrində saxlanılanların hamısı axşam saatlarında sərbəst buraxılıb. Onların bir qismi cərimələnib, digər bir qisminə xəbərdarlıq edilib.

Beləliklə, 3 polis idarəsində 54 AXCP, 30 Müsavat və 4 ADP üzvü saxlanılıb. Onların siyahısını idarələr üzrə təqdim edirik:

Yasamal RPI-də saxlanılanlar

1. Məmməd Ibrahim (AXCP sədrinin müşaviri)
2. Iltifat Mehdiyev (AXCP)
3. Elçin Şükürov (AXCP)
4. Elşən Ağayaev (AXCP)
5. Ağaşirin Tanrıverdioğlu (AXCP)
6. Səxavət Şükürov (AXCP)
7. Adil Hüseynov (AXCP)
8. Vəli Həmzəyev (AXCP)
9. Ramin Abdullayev (AXCP)
10. Hidayət Süleymanov (AXCP)
11. Ceyhun Ibrahimov (AXCP)
12.Tuncay Quliyev (AXCP)
13. Elçin Cərullayev (Müsavat)
14. Tural Hacıbəyli (Müsavat)
15. Bəxtiyar Tanrıverdiyev (Müsavat)
16. Vüsalə Abbaslı (Müsavat)
17. Aydın Qədimli (Müsavat)

Nəsimi RPI-də saxlanılanlar

1. Asəf Quliyev (AXCP sədrinin müavini)
2. Zərifə Məhəddinova (AXCP sədrinin müşaviri)
3. Məhəmməd Məcidli (AXCP sədrinin müşaviri)
4. Aydın Əliyev (AXCP Cəbrayıl rayon şöbəsinin sədri)
5. Vaqif Xalıqov  (AXCP Suraxanı rayon şöbəsinin sədri)
6. Xalid Qarayev (AXCP)
7. Kəmalə Bənənyarlı (AXCP)
8. Nüşabə Atakişiyeva (AXCP)
9. Mərdanə Hüseynova (AXCP)
10. Cavid Nəbiyev (AXCP)
11. Türkel Azərtürk (AXCP)
12. Səxavət Mehdiyev (AXCP)
13. Yusif Məcidov  (AXCP)
14. Vidadi Quliyev (AXCP)
15. Şahzadə Niftəliyev (AXCP)
16. Nadir Rəsulov (AXCP)
17. Ülvi Quliyev (AXCP)
18. Xalid Qarayev (AXCP)
19. Əlisoy Türkel (AXCP)
20. Dadaş Dadaşov (AXCP)
21. Elnur Abdullayev (AXCP)
22. Zaur Məmmədov (AXCP)
23. Tural Həsənzadə (AXCP)
24. Aşur (AXCP)
25. Rəsul (AXCP)
26. Tariyel (AXCP)
27. Validə (AXCP)
28. Niftəli (Müsavat)
29. Idris Əmiraslanlı (Müsavat)
30. Mətənət Ismayılova (Müsavat)
31. Aygün Abdullayeva (Müsavat)
32. Elşad Israfilov (Müsavat)
33. Osman Əhmədov (ADP)
34. Hafiz Fərhadov (ADP)
35. Azər Sadıqov (ADP)

Səbayel RPI-də saxlanılanlar

1. Fuad Qəhrəmanlı (AXCP sədrinin müavini)
2. Gözəl Bayramlı (AXCP sədrinin müavini)
3. Təzəxan Mirələmli (AXCP Cəlilabad şöbəsinin müdiri)
4. Şakir Abbasov (AXCP sədrinin müşaviri)
5. Şəkər Isgəndərli (AXCP Yevlax rayon şöbəsinin sədri)
6. Renat Nəcəfov (AXCP)
7. Nicat Əmiraslanov (AXCP)
8. Samir Məmmədov (AXCP)
9. Vüsal Bayramov (AXCP)
10. Fazil Ağakişiyev (AXCP)
11. Mənsur Cəbrayıl (AXCP)
12. Orxan Carçı (AXCP)
13. Cəlil Məhərrəmov (AXCP)
14. Ilqar Ümidov (AXCP)
15. Namiq (AXCP)
16. Yaşar Azərtürk (Müsavat)
17. Səxavət Soltanlı (Müsavat)
18. Nicat Əmiraslanov (Müsavat)
19. Nərgiz Yaqublu (Müsavat)
20. Ayxan Hacıbəyli (Müsavat)
21. Mustafa Hacıbəyli (Müsavat)
22. Fəzli (Müsavat)
23. Tural Abbaslı (Müsavat)
24. Əhəd Məmmədli (Müsavat)
25. Rüfət Hacıbəyli (Müsavat)
26. Şamil Beydullayev (Müsavat)
27. Ilqar Şirəli (Müsavat)
28. Fərəc Kərimov (Müsavat)
29. Çingiz Əli (Müsavat)
30. Rövşən Həsənov (Müsavat)
31. Hüseyn Məlik (Müsavat)
32. Elman Həsənov (Müsavat)
33. Füzuli Qasımov (Müsavat)
34. Elnur Əsgərov (Müsavat)
35. Ilham Baxışov (Müsavat)
36. Cəmil Hacıyev (ADP)

Polis idarələrindən sərbəst buraxılan müxalifətçiləri ərazidən tez dağıtmaq üçün polis maşını ilə onları paytaxtın ayrı-ayrı ünvanlarına apardılar. Ona görə də siyahıda bizdən asılı olmadan qeyri-dəqiqlik ola bilər...


Natiq












Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub

Son Yenilənmə Çərşənbə axşamı, 11 Dekabr 2012 18:54