Heydər Əliyevin qızı Əliyevlərə dəvət göndərmədi, yoxsa onlar tədbiri boykot etdilər?
Heydər Əliyevin qızı Sevil Əliyevanın “The Galery of Sevil” instrumnetal albomunun təqdimatı keçirilib. Təqdimat mərasimi Moskvada Iqor Butmanın caz klubunda baş tutub.
Sevil Əliyeva bəstələrinin yer aldığı albomu valideynlərinin xatirəsinə həsr edib. Albom Londonun məşhur “Əbbe Roud” studiyasında yazılıb.
Təqdimat mərasimində dünyanın tanınmış mədəniyyət xadimləri iştirak edib. Lakin maraqlıdır ki, tədbirə Əliyevlər ailəsindən heç kim qatılmayıb. Hər dəfə hakim ailənin Rusiyada keçirdiyi tədbirlərdə ön sıralarda olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da təqdimat mərasinmində görünməyib. Həmçinin Azərbaycanın Rusiyadakı diaspor sədrləri də Sevil Əliyevanın tədbirinə qatılmayıblar.
Tədbirə dəvətlilər sırasında Əliyevlər ailəsinin olub-olmadığını deyə bilmərik. Amma sirr deyil ki, Sevil Əliyevanın qardaşı Ilham Əliyevlə münasibətləri o qədər də yaxşı deyil. Ailə arasında münasibətlər Heydər Əliyev dünyasını dəyişəndən sonra soyuqlaşıb. Bu baxımdan ehtimal etmək olar ki, Sevil Əliyeva Ilham Əliyev və ailəsini tədbirə dəvət etməyib. Yaxud da əksinə, hakim ailə Heydər Əliyevin qızının tədbirini boykot edib.
İnformasiya şöbəsi