«Korrupsiya idarəsi hər 2-3 ildən bir gəlib ilişirdi, bütün işləri dayandırırdı…»
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə dünənki məhkəmə iclası onun maraqlı açıqlamaları ilə yadda qalıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən bu məhkəmə prosesində dünən iş üzrə zərərçəkmişlərdən Əsli Həsənova, Nüşabə Əliyeva, Şahin Talıbov və Rəşad Ismayılov dindirilib.
Əsli Həsənova bildirib ki, mühakimə olunan şəxslərdən heç kimi tanımır, Abdulla Abdullayevi də ilk dəfə məhkəmədə görür: “Mənim Abdulla müəllimə ona böyük hörmətim var. “Xidəfərin” MMC-dən ev 2 otaqlı ev almışdım. pulum çatmırdı, qalan pulu Abdulla müəllim verdi, hətta mənə 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil verdi. Mən heç bir zərər çəkməmişəm. Xahiş edərəm ki, məni zərərçəkənlər siyahısından çıxarın”.
Nüşabə Əzimova da ifadəsində bildirib ki, 2004-cü ildə öz evini satıb və “Xudəfərin” MMC-dən ev alıb. Onun sözlərinə görə, 11 ildir kirayədə yaşayır: “Kirayələrdə yaşamaqdan şəkər xəstəliyinə tutulmuşam. Abdulla müəllim mənə pislik etməyib. 11 ildir ayaq döymədiyim yer qalmayıb, bu illər ərzində sağlamlığım pozulub. Iki oğlum var. Birinin 38, birinin 40 yaşı var. Evsizlikdən evləndirə də bilməmişik.
Mənzilimiz 15-ci mərtəbədədir. Mənzilin açarları 2-3 aydır bizə verilib. Amma həmin mənzildə yaşamaq üçün şərait yoxdur. Müqavilə sənədlərində yaşamaq üçün bütün şəraitlər yaradılacağına göstəriş verilib. Amma şərtə əməl edilməyib".
Dünənki məhkəmə iclasında Abdulla Abdullayev də çıxış edərək, baş verənlərə aydınlıq gətirib. Iş adamı “Xudafərin” MMC ilə bağlı ona verilən ittihamları əsassız saydığını bildirdi:ÿ"Xudafərin MMC" ilə bağlı mənə verilən ittihamlar əsassızdır. Bu hardan başlanıb axı? Özümə söz vermişdim ki, bu gündən daha danışmayacam. Mənim ittihamıma qol çəkən adamın atası Heydər Əliyevi söyür. Mən nə danışım axı? Danışsam da əhəmiyyəti yoxdur. Pul ödənilib, hər şey həll olunub. Mən bu gün bir ildir burda oturmuşam. Cəzamı versinlər, çıxım gedim. Bu ölkədə ədalət olmayacaq. Baş prokurorluğun üzündən tikintini başa çatdıra bilmirdik. Tikintini başa çatdıranda yenə də bu işi başladılar. Mən neyləyə bilərdim axı? Korrupsiya idarəsi hər 2-3 ildən bir gəlib ilişir, bütün işləri dayandırırdı. Xoşum gəlirdi ki, mənim tikintim yarımçıq qalsın? Mümkündürsə, ekspertiza təyin olunsun. “Xudafərin” MMC-yə cəkilən xərclə yıqılan vəsait hesablansın. Əgər ora 10 milyondan artıq əlavə vəsait sərf olunmayıbsa, bunu sübut edən şəxsə baqışlamaqa hazıram. Mən ora 10 milyon xərc çəkmişəm".
Xatırladaq ki, Abdulla Abdullayevlə yanaşı, “AMAY”ın kassiri olmuş Nadejda Ilyasova, mühasib Vidadi Qurbanov, eləcə də digər işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov da məhkəmə qarşısına çıxarılıb. Onlara qarşı mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb.
Aytən