Aleksandr Navalnı məhkəmədə son sözündə Putinə meydan oxudu
«Yaxınlarımı girov götürməklə məni durdura bilməyəcəklər»
Dekabrın 19-da Moskva şəhər Zamoskvorets rayon məhkəməsində Navalnı qardaşlarına qarşı qondarılmış “Iv Roşe” işi üzrə tərəflərin çıxışları dinlənilib. Prokuror Alekseyin 10 il, onun qardaşı Oleqin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Navalnı qardaşlarının müdafiəsi işin tamamən qurama olduğunu, iddia olunan zərərin isə sübuta yetirilməsini əsaslandırır. Hökmün elanı yanvarın 25-nə saxlanılıb. Aleksey Navalnının Rusiyada geniş əks-səda doğurmuş son sözünün mətnini təqdim edirik:
Daim başı aşağı əyilənlər
Kriminal və ya qanunsuz fəaliyyətlə məşğul olmayan bir adam öz həyatı boyu məhkəmə qarşısında neçə dəfə son söz söyləyə bilər? Heç bir dəfə. Bəxti gətirməyibsə, olsun ki, bir dəfə. Amma mən son ilyarımda, apellyasiyaları da nəzərə alsaq, son iki ildə altı-yeddinci, bəlkə də, onuncu dəfədir ki, son söz söyləməli oluram. Bu cümlə ki var, “Müttəhim Navalnı, sizə son söz verilir” – bunu mən dəfələrlə eşitmişəm. Elə təəssürat yaranır, sanki, son söz deməklə mənim yaxud bir başqasının həyatında son günlərdir. Həmişə səndən son sözünü deməyi tələb edirlər. Hər dəfə durub deyirəm və görürəm, yox, son günlər deyil hələ bu.
Ən başlıcası, məni bu fikrə gətirən nədir, onu deyim. Əgər mən burda sizləri üçlükdə, yaxşısı budur, hamınızı birlikdə, zərərçəkən adlandırılan tərəflərin nümayəndələri ilə birlikdə, bu adamlarla ki, son vaxtlar ünsiyyətdə oluram, şəklinizi çəksəm, o şəkildə kimləri görəcəksiz? Masaya baxan adamları. Fərqindəsinizmi, siz daim masaya baxırsız. Mən üzümü sizlərə tutub danışıram, siz qarşınızdakı masaya baxırsız, daim, hamınız. Sizin deməyə sözünüz yoxdur…
Yelena Sergeyevna (hakimi nəzərdə tutur), sizlərin mənə dönə-dönə dediyiniz şey nədir? Yaxşı bilirsiz. Müstəntiqlər, prokurorlar, federal cəzaçəkmə müəssisələrinin əməkdaşları, mülki və cinayət işləri üzrə hakimlər… Siz hamınız mənə eyni şeyi deyirsiz: “Aleksey Anatolyeviç, axı siz özünüz də hər şeyi başa düşürsüz…”. Elədir, mən başa düşürəm, fəqət bir şeydən başqa: niyə siz elə hey masaya baxırsız?
Mənim heç bir illüziyam yoxdur. Mən yaxşı başa düşürəm ki, sizlərdən heç biriniz ayağa qalxıb, qarşısındakı masanı təpiklə aşırıb, bunu deməyəcək: “Yetər artıq!”
“Iv Roşe”nin nümayəndələri ayağa qalxıb deməyəcək: “Navalnı öz nitqləri ilə bizi inandırdı”. Insan xisləti başqa cür qurulub. Insan şüuru günah hissini kompensasiya etməyə qadirdir. Belə olmasaydı insanlar, delfinlər sahilə atılan kimi, intihar edərdilər.
Ola bilməz ki, bir gün evə qaydanda öz uşaqlarına, ərinə deyəsən: “Bu gün mən günahsız olduğunu bildiyim adamın dama basılmasında iştirak etdim. Indi mən əzab çəkirəm, bu əzab bitməz”. Insanlar belə etmirlər, onlar başqa xislətlidir. Onlar ya deyirlər: “Aleksey Anatolyeviç, siz özünüz hər şeyi bilirsiz”, ya da fikirləşirlər: “od olmasa, tüstü çıxmaz”. Yaxud belə: “Gərək Putinə ilişməzdi”. Bu son deyim istintaq komitəsinin nümayəndəsindən sitatdır. Dərinə getməsəydi, əl-qol atmasaydı, bəlkə, başını dinc saxlaya bilərdi, – bax belə fikirləşirlər.

Hər cür alçaqlığı özünə rəva görənlər
Amma yenə də, bu zalda məni dinləyən, son sözümü oxuyacaq adamlara müraciət etmək istərdim… Faydası olacağına ümid az olsa da. Sizlər, masaya baxan adamlar! Burası bir savaş meydanıdır. Hakimiyyəti ələ keçirmiş fırıldaqçılar və ölkədə nəyisə dəyişməyə çalışan adamlar arasında gedən savaşın meydanı. Biz həm də o adamları xilas etmək uğrunda mübarizə aparırıq ki, onlar gözlərini masaya zilləyiblər, çiyinlərini çəkirlər, hansısa hərəkətlərin alçaqlıq olduğunu bildikləri halda, onu etməkdən boyun qaçırmırlar.
Indi hamı sitat gətirməyi xoşlayır. Bir sitat da mən gətirim, “Əjdahanı öldürməli” kitabından: hamını pis şeylərə öyrədiblər, lakin sən, yaramaz, nədənsə ən qabaqcıl şagird olmusan. Bunu konkret olaraq məhkəməyə ithaf edirəm.
Böyük sayda insanlar hansısa alçaqlıqları etməyə məcbur olunurlar. Lakin bundan da böyük sayda insanlar var ki, hanısa məcburiyyət, yaxud hətta xahiş olmadan, hər cür alçaqlığı özlərinə rəva bilirlər. Onlar gözlərini masaya zilləyiblər, ətrafda baş verənləri görməməyə çalışırlar. Masaya baxan insanlar uğrunda bizim savaşımız həm də bundan ibarətdir ki, onları sövq edək, özlərinə hesabat versinlər. Anlasınlar ki, ölkədə bütün hakimiyyət, baş verən hər şey sonsuz yalan üzərində qurulub.

Rusiyada yalan dövlətin mahiyyətinə çevrilib
Mən burda dayanmışam, bundan sonra da neçə dəfə lazım gəlsə dayanmağa hazıram. Məqsədim hamınıza göstərməkdir ki, mən bu yalanlara dözmək niyyətində deyiləm, bundan sonra da dözməyəcəm. Sözün hərfi mənasında hər şey yalandır, ilk sözdən son sözəcən, başa düşürsünüzmü? Deyirlər, Türkmənistanda rus maraqları yoxdur, lakin məsələ Ukraynaya gəldikdə, rus maraqları adı ilə müharibəyə başladılar. Deyirlər, rusları Çeçenistanda heç kim incitmir. Deyirlər, “Qazpromda” oğurluq yoxdur. Mən konkret sənədlər üzə çıxarıram ki, o məmurların qeydə alınmamış əmlakı var, şirkətləri var. Cavabında deyirlər: “Bunların heç biri yoxdur”. Mən deyirəm: biz seçkilərə getməyə, sizi seçkilərdə udmağa hazırıq, bizim rəsmi qeydiyyatlı partiyamız var, biz çox işlər görürük. Deyirlər: “Bunlar hamısı boş şeydir. Seçkidə biz qalib gəldik, siz isə iştirak etmədiz ona görə yox ki, biz sizi seçkiyə buraxmadıq, ona görə ki, sənədləriniz düzgün hazırlanmamışdı”.
Hər şey yalan üzərində qurulub, hər dəqiqə söylənilən yalanlar üzərində, başa düşürsüz? Bir şeyi sübut etmək üçün nə qədər inandırıcı dəlillər ortaya qoyuruqsa, ondan daha böyük yalanlarla qarşımıza çıxırlar. Yalan dövlət mexanizminə çevrilib, yalan dövlətin mahiyyəti olub.
Birinci şəxslərin çıxışlarını dinləyirik. Hər şey ağ yalandır. Ağzını açandan sözünü bitirənədək. Ən xırda şeylərdən ən böyük şeylərədək, hamısı. Dünən Putin çıxış edir və görün nələr deyir: “Bizdə saraylar yoxdur”. Biz ki bu saraylarn hər ay azı üçünü üzə çıxarırıq! Çəkirik, göstəririk. Adam üzünə dirənib ki, yoxdur bizdə saraylar… Yoxdur bizdə dövlət hesabına yemlənən oliqarxlar. Alın, sənədlərə baxın, görün “Rusiya Dəmir Yolları” rəhbərliyi dövlət şirkətlərinin yarısını Kipr və Panama ofşorlarında necə qeydiyyatdan keçirib.
Nədən bu yalanlara dözməliyik? Niyə masaya baxmalıyıq? Bağışlayın ki, indi sizləri bir az fəlsəfəyə çəkəcəm. Bunu bilməniz gərəkdir, həyat gözünüzü masaya zilləmək üçün çox qısadır. Gözümü açıb bir də baxdım ki, 40 yaşı haqlamışam. Bir də baxırsan, artıq nəvələr var. Bir də və son dəfə, artıq ölüm yatağındasan, başının üstündə qohumlar dayanıb və fikirləşirlər: “Ölüb qurtarsaydı, ev boşalardı”. ÿVə o zaman başa düşəcəksiz ki, masaya baxmaqla etdiyiniz şeylərin hamısı rəzalət idi, dəyərsizlik idi. Həyatda o şeylər dəyər kəsb edir ki, onları düz edirsiz. O şeylər ki, onları masaya baxmaqla yox, bir-birinizin gözünün içinə baxaraq edə bilirsiz. Qalan şeylərin heç bir dəyəri yoxdur.

“Xunta ilə mübarizəni dayandırmayacağam”
Mənim üçün indi ağrılı vəziyyətdir… Kreml mənə qarşı mübarizədə hiyləgər, ağrılı plan işə salıb. Ağrılıdır ona görə ki, tək məni yox, mənə təsir göstərmək üçün günahsız adamları damlayırlar. Beş övladı olan zabitləri. Onların ailə-uşağının üzünə baxmaq var. Mən əminəm ki, “Bolotnı işində” əksər insanları yalnız bir səbəbdən damladılar: məni və mənim kimi müxaifət liderlərini qorxudub çəkindirmək üçün. Indi isə qardaşımı. Onun həyat yoldaşı, iki övladı var. Hazırda valideynləri ilə qalırlar. Və mən necəsə… Onlar hər şeyi başa düşür, mənə dəstək verirlər. Mən öz ailəmə minnətdaram, amma bu şey…
Burdan etiraf edirəm: hamya çatdırın, bəli, onlar belə şeylərlə -ÿgünahsız insanları mənimlə birgə şərə salmaqla, məni əlbəttə sıxırlar. Lakin indi deyəcəyim daha bir şey var, onlar üçün heç də yaxşı səslənməyəcək, bunu bilsinlər: adamları girov götürməklə məni durdura bilməyəcəklər. Çünki sonsuz yalanlara dözməyin, hansısa səbəb olmadan bu yalanlarla razılaşmağın heç bir həyati dəyəri yoxdur. Sadəcə razılaşmaq, yalnız o səbəbdən ki, “razılaşmağa məhkumuq” – bunu görməyəcəklər.
Bu gün ölkədə qurulmuş sistemlə mən heç vaxt barışmayacam. Çünki bu sistem hər kəsi, bu zalda oturanları da o cümlədən, qarət etməyə yönəlib. Gördüyünüz bu sistem əslində xuntadır. Milyarder olmuş 20 adam hər şeyi ələ keçirib – dövlət alışlarından tutumuş neft satışınadək. Daha min adam var ki, xuntanın yedəyindədir, buna görə yemlənirlər. Sayı min nəfərdən az olan bu adamlar deputatlar, fırıldaqçılardır. Ölkə əhalisinin bir neçə faizi var ki, bunlarla razılaşmır. Qalan çoxluq masaya baxanlardır. Bu xunta ilə mübarizəni dayandırmaq fikrim yoxdur. Bu xunta ilə mübarizəni davam etdirəcəm, masaya baxanları silkələyəcəm, rahat buraxmayacam. O cümlədən sizləri. Bu işi heç vaxt dayandırmayacam.
Adamları icazəsiz aksiaya çağırdığıma görə qətiyyən təəssüf etmirəm. Lubyankada olan aksiya, hansı ki hər şey ordan başladı, açıq deyim, baş tutmadı. Amma mən, o aksiyaya sərf etdiyim bir saniyəyə görə də heyfslənmirəm. Korrupsiyaya, təqiblərə qarı sərf etdiyim mübarizənin bir anına görə təəssüf etmirəm… Vəkil Kobzev bir neçə il öncə mənə belə bir şey dedi. Indi də sözbəsöz xatırlayıram. O demişdi: “Aleksey, səni mütləq tutacaqlar. Sən onlara elə ilişirsən ki, buna heç cür dözə bilməzlər. Gec ya tez, səni tutacaqlar”.
Yenə də, insan şüuru bunların hamısını kompensasiya edir. Yoxsa, “məni tutacaqlar” fikrini hər an xatırlamaqla yaşamaq mümkün olmazdı. Şüur bu fikri beyindən qovub çıxarır. Bununla belə, mən hər şeyə dair özümə hesabat verirəm. Deyirəm ki, etdiyim heç nəyə görə təəsüflənmirəm. Insanları kollektiv hərəkətlərdə iştirak üçün səsləməkdə davam edəcəm. Onların sərbəst toplaşmaq haqqı var.
Insanların bu cür qanunsuz, korrupsiyalaşmış hakimiyyətə qarşı qiyam qaldırmaq haqqı var. Bu xuntaya qarşı – hansı ki, hər şeyi oğrlayıb, hər şeyi qamarlayıb. Trilyonlarla dolları neft-qaz şəklində ölkədən çıxarıb. Nə əldə etmişik biz bundan?

“5-10 fırıldaqçı hamını qarət edir, biz isə mal kimi başımızı salmışıq aşağı…”
Bu yerdə “Kirovles” işi üzrə son sözümdən sitat gətirəcəm. Hələ ki heç nə dəyişməyib. Biz gözlərimizi masaya zilləyərək onların bizi qarət etməsinə göz yumduq. Biz göz yumduq, onlar bizdən oğurladıqları pulları Avropaya, başqa yerlərə investisiya etdilər. Biz onlar imkan verdik ki, bizi mal yerinə qoysunlar. Nə əldə etdiz, masaya baxanlara nə verdi onlar? Heç nə. Səhiyyəniz varmı? Yoxdur. Təhsiliniz varmı? Yoxdur. Bəlkə sizinçün yaxşı yollar çəkiblər? Onu da görmədiz. Bəlkə məhkəmə pristavları üçün nəsə ediblər? Gəlin, məhkəmə katibindən nə qədər maaş aldığını soruşaq. Səkkiz min rubl. Əlavə-filanla bir yerdə, olsun 15 min. Əgər məhkəmə pristavları 35-40 mindən artıq maaş alırlarsa, desinlər, çox təəccüblənərəm.
Paradoksal haldır ki, beş-on fırıldaqçı sizi, bizi, hamını qarət edir, biz isə mal kimi başımızı salmışıq aşağı. Mənim buna dözmək fikrim yoxdur. Təkrar edirəm, nə qədər dayanmaq lazım gələcəksə, bu qəfəsdən bir metr qabaqda, yaxud bir metr arxada qəfəs içində, fərq etməz. Mən dayanacam. Çünki həyatda daha vacib şeylər var.
Təkrar edirəm, mənim ailəmə, mənim yaxınlarıma qurduqları şər-kələk baş tutdu. Lakin, bunu da unutmayaq, onlar məni hər vəchlə dəstəkləyirlər. Onlardan heç biri siyasi fəal olmağı qarşısına məqsəd qoymamışdı. Buna görə, mənim qardaşımı səkkiz il damlamağa və ümumiyyətlə, damlamağa heç bir gərək yoxdur. Mənimlə bağlı ailəmə bunsuz da çox ağrılar, acılar yaşadıblar. Bütün bunları daha dərinlşdirməyə gərək yox. Öncə də dediyim kimi, yaxınlarımı girov götürməklə məni durdura bilməyəcəklər. Bununla belə, hakimiyyətin bu girov əməliyyatına nədən ehtiyac gördüyünü başa düşmürəm.
Indi deyəcəyim sözlər, ola bilsin, sadəlövhcə səslənəcək, bu sözləri eşidənlər ironiya ilə qımışacaq, hırıldaşacaqlar. Fəqət yenə də, sizləri yalansız həyata səsləyirəm. Qəti əminəm ki, məni təcrid edəcək, içəri atacaqlar. Lakin mənim yerimi başqaları tutacaq. Indiyədək hər nə etmişəmsə, onları hər kəs edə bilər. Etdiklərim nəsə unikal, mürəkkəb şeylər deyildi. Əminəm ki, “Korrupsiya ilə mübarizə fondundan”, yaxud hardansa başqa yerdən yenə də adamlar ortaya çıxacaq, mən gördüyüm işlərin eynisini onlar da görəcək. Yeganə məqsədi qanunçuluq görüntüsü yaratmaqdan ibarət olan siz məhkəmələrin hansı qərar verməsindən asılı olmayaraq… Sağ olun!