“Turan” agentliyinin təhlili
“Turan” Analitik Xidmətinin xəbər verdiyi kimi, ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza 4-6 iyundakı səfərinin əsas mövzusu demokratiya, konkret olaraq, demokratik institutların inkişafı, insan haqlarının təmin edilməsi və söz azadlığı oldu.
Xanım Klintonun demokratiyanın inkişafı çağırışları Gürcüstanda qarşıdan gələn parlament, Azərbaycan və Ermənistanda prezident seçkiləri kontekstində səsləndi. ABŞ bu hadisələrdən maksimum istifadə edib indiki start vəziyyətinə nisbətən bu ölkələrin hər birində siyasi mədəniyyət səviyyəsini qaldırmaq istəyir.
Bu mənada hamıdan üstün olan Gürcüstan Amerika ilə strateji tərəfdaşlıq üzrə yeni hərəkət planı əldə etdi. O, bu ölkəni demokratiyanı möhkəmləndirməyə çağırır. Bunun əsas imtahanı parlament seçkiləri olacaq.
«Bu ilin oktyabrındakı parlament və gələn ilki prezident seçkiləri demokratik institutların inkişafı üçün yaxşı imkandır. Biz Gürcüstan rəhbərliyini seçkilər zamanı rəqabət mühiti yaratmağa çağırırıq”, – deyə Klinton Batumidə brifinq zamanı bildirib. Onun sözlərinə görə, ABŞ bu seçkilərin demokratik kimi tanınmasında maraqlıdır və konqresmenlər, Avropa deputatları və s.-dən ibarət nüfuzlu müşahidəçilər heyəti buna kömək edəcək.
Klinton Ermənistanda Sərkisyanı «gözəl lider» adlandıraraq bildirib ki, Obama hakimiyyəti Ermənistanın demokratiya istiqamətində dönüşündən və ideal olmayan, amma bu yaxınlarda keçirilən arzu edilənə yaxın parlament seçkilərinin nəticələrindən razıdır. Dövlət katibinin Sərkisyana bundan sonra dəstək veriləcəyi barədə fikirlər o deməkdir ki, indiki Ermənistan liderinin demokratiyanı bundan sonra da inkişaf etdirəcəyi təqdirdə vəzifəsini saxlamağa yüksək şansı var. «Dialoqun davamını gözləyirik. Birləşmiş Ştatlar yaxşı bir lider kimi Sizin fəaliyyətinizə dəstək verməyə hazırdır”, deyə Klinton qeyd edib.
Regionda demokratiyanın autsayderi olan Azərbaycana dialoqun başlanğıcı üçün xoş məramlı addım kimi jurnalistlərin və etiraz nümayişi iştirakçılarının azad edilməsi və bir il öncə prezident Obama və Braziliya prezidenti Dilma Russeffin təklif etdiyi «Açıq hökumət» təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti ilə dilaoqa başlamaq təklif edilib. Klinton anladıb ki, ABŞ-ın başqa ölkələrlə münasibətləri dövlətlərin açıq və ya qapalı olması ilə bağlı olacaq: “ABŞ əmindir ki, 21-ci əsrdə ölkələr arasında ən mühüm fərq Şimal və Cənub, Şərq və Qərb, dini etiqad bölgüsü və ya başqa şey yox, onların açıq və ya qapalı olması olacaq».
Klintonun prezidentlərlə danışıqlarının ikinci mühüm məsələsi sabitlik idi. Bu, regional münaqişələrin tənzimlənməsini nəzərdə tutur. Batumidə o, bəyan edib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün səyləri davam etdirəcək. Bu istiqamətdə addım kimi Abxaziya və Şimali Osetiya sakinlərinin xaricə getməsini asanlaşdırmaq üçün neytral Gürcüstan sənədlərinin (xarici pasport) verilməsinə yardımı göstərdi. Bu təşəbbüs Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə xüsusi proqramın elan edilməsi ilə gücləndirilir.
Yerevan və Bakıda Klinton tərəfləri hərbi gərginlikdən qaçmağa çağırıb və anladıb ki, ABŞ Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı prinsipləri əsasında Madrid sazişi çərçivəsində tənzimlənməsində israrlıdır. Bu sənədlər ərazi bütövlüyü və millətlərin öz müqəddəratını həll etmək hüququnun hibridini nəzərdə tutur.
Əlbəttə, gözlənildiyi kimi, enerji təhklükəsizliyi və İran problemi barədə də danışıqlar olub. Amma onlar Amerika tərəfinin bəyanatlarında arxa planda qalıb. Qlobal Amerika proqramı olan «Açıq hökumət və açıq cəmiyyət» təşəbbüsündə iştiraka dəvəti Yeni Dünya xarici siyasi qurumunun Cənubi Qafqaza səfərinin məqsədi və yekunu saymaq olar.