«Proyektlərin auditi aparılsa bəlli olacaq ki, həmin kreditlərdən çox səmərəsiz formada istifadə olunur»
Dünya bazarında neftin qiymətinin ucuzlaşması ixracatı yalnız neftdən ibarət olan ölkələri adekvat addımlar atmağa vadar edib. Amma Azərbaycan baş verən tendensiyalara cavab olaraq hansı addımlar atacağını nəinki elan edir, əksinə hər hansı təsirin olacağını inkar edir. Halbuki bir sıra iri layihələrin ixtisara salınması, xərclərin kəsilməsi başqa mətləblərdən xəbər verir. Azərbaycan Dövlət Neft Şirkəti baş ofisinin Iqtisadiyyat və Uçot Idarəsinin rəis müavini Ənvər Qasımov “Bizim Yol”a müsahibəsində maraqlı fikirlər söyləyib.
Dünyada neftin qiymətinin aşağı düşməsinin ARDNŞ-in xaricdəki fəaliyyətinə neqativ təsirləri olmadığını deyən Ə.Qasımov vurğuladı ki,
ARDNŞ tərəfindən hasil olunan neft Heydər Əliyev adına Neft Emalı və bu yaxınlarda ləğv olunmuş “Azərneftyağ” zavodlarında emal olunduqdan sonra daxili bazarda satılır. Amma maraqlısı odur ki, bu yaxınlarda ləğv olunmuş “Azərneftyağ” zavodunun yerinə hökumət Qaradağda Neft, Qaz emalı və Neft-kimya Kompleksi tikməyi nəzərdə tuturdu. Görünən isə odur ki, bu layihələr təxirə salınıb. Bu məsələyə də toxunan rəsmi layihələrin təxirə salınmadığını deyir. Amma layihə 2030-cu ildə davam etdiriləcək: “Mən Qaradağda Neft, Qaz emalı və Neft-kimya Kompleksinin tikintisinin təxirə düşdüyünü deməzdim. Ötən ilin son dövründə qərara alınıb ki, kompleksə daxil olacaq neft emalı zavodlarının tikintisi 2030-cu ilə qədər təxirə salınsın. Qaz Emalı Zavodunun tikintisi isə yaxın gələcəkdə həyata keçiriləcək”.
Bundan başqa məlum olub ki, ARDNŞ müxtəlif layihələrin reallaşması üçün ümumilikdə 6.9 milyard dollar kredit götürüb. Düzdür, bu kredit uzun müddət üçün götürülüb. Amma hər bir halda lüzum olmadığı halda ARDNŞ-in belə bir borclanmaya getməsi maraq doğurur.
Ekspert Nemət Əliyev hesab edir ki, ARDNŞ iri layihələrin reallaşdırmasını dayandırması istər qərarla olsun, istərsə də başqa bir səbəblə, hər bir halda bu addım layihələrin təxirə salınması anlamına gəlir. N.Əliyevin sözlərinə görə, ARDNŞ-in iri layihələri təxirə salmasının səbəblərinə gəlincə isə, bu neft şirkətinin rəhbərliyinə yaxşı məlumdur. Neftin dünya bazarında qiymətlərinin kəskin şəkildə düşməsinin fonunda iri layihələrin də gerçəkləşməsində problemlərin yarandığını deyən N.Əliyev vurğuladı ki, bu hökumətin yeritdiyi uzun müddətli yanlış siyasətin nəticəsidir: “Hökumət illərdir ki, ölkəninn qeyri-neft sektorunun, neft sektorunun özünün emal hissəsinin inkişaf etdirilməsinə diqqət yetirməyib. Hökumət özünü yalnız ölkənin sərvətlərinin xammal kimi satılması üzərində kökləyib. Azərbaycan iqtisadiyyatını inkişaf etdirməyinin, onu dayanıqlı əsasslar üzərinə gətirməyin ən yaxşı forması bu ölkədə qeyri-neft sektorununi inkişafıdır. Eyni zamanda Qaradağdakı kompleksin tikilməsi xam neftin hazır məhsul formasına çatdırılaraq xarici bazarlara çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Amma çox təəssüflər olsun ki, Azərbaycan hökuməti emal sənayesinin inkişaf etdirilməsi istiqamətində diqqəti cəlb edən elə bir addım atmayıb. Hazırda emal sənayesinin səviyyəsi 90-ci ildəki emal sənayesinin yarısı səviyyəsindədir”.
ARDNŞ-in ümumilikdə 7 milyardlıq kredit borcunun olmasına gəlincə isə N.Əliyev bildirdi ki, bu biyabırçı bir durumdur: “Iri şirkətlərin müəyyən layihələr həyata keçirməsi normal qarşılanmalıdır. Amma bu zaman ilk növbədə dərhal həmin layihənin hesabları aparılmalıdır. Suala cavab verilməlidir ki, bu kreditləri cəlb etmək nə dərəcədə sərfəlidir? Bu proyektlərin auditini aparsaq bəlli olacaq ki, həmin kreditlərdən çox səmərəsiz formada istifadə olunur. Əgər Dövlət Neft Fondu öz vəsaitlərini hansısa ölkələrdə 0.7-1.8. faizlə müəyyən proyektlərin icrasına yatızdırırsa, ARDNŞ-in bu cür borclamaya girməsinin nə mənası var? Maliyyə Nazirliyi və Hesablama Palatası bunun təftişini aparıb, baş verənlərə aydınlıq gətirməlidir”.
Hikmət