Rusiya Dövlət Dumasında rublun digər valyuta ilə əvəzlənməsi ilə bağlı düşünürlər. Bu barədə «Mir 24» telekanalı Dumanın təhlükəsizlik və korrupsiyaya müqavimət komitəsinin üzvü Anatoli Vıbornoya istinadən məlumat yayıb.
Vıbornoyın sözlərinə görə, böhrandan çıxış üçün bir neçə variant var. O cümlədən rubla alternativ valyutanın yaradılması da nəzərdən keçirilə bilər. Deputat iddia edir ki, bu halda Rusiya vətəndaşlarının avro və dollardan istifadə etməsi üçün zərurət olmayacaq. Duma üzvünün sözlərinə görə, prezident Putinin Federal Şuraya müraciətindən sonra deputatlar şiffahi şəkildə layihə üzərində işləyir. Vıbornoy istisna etmir ki, yeni valyatının yaradılmasına Avrasiya İttifaqının və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri də cəlb edilə bilər.
azadlıq.info