İqtisadi Təhlil İnsitutunun rəhbəri
Məhəmməd Talıblı
“Atları keçiddə dəyişməzlər” məsələ uzun on illər boyu çox populyarlıq və dəyər qazanıb. Uzun illər belə keçidlərin yaratdığı çarışmazlıqlar özünü daha şiddətli formada biruzə verdiyi üçün “körpünü” köhnə “atlarla” keçmək tərcih olunub. Amma indi dünyanın dəyişən şərtləri çərçivəsində elə situasiyalar yaranıb ki, dövlətlərin keçidi üçün məhz könhə(atları) padşahların yox, yeni personaların olması zərurətə çevrilib. Çünki, köhnə padşahlar daha çox arxaik məzmunlu münasibətlərdən kor tutduğun tutduğu kimi əl çəkmir. Daha çox keçmiş münasibətlərin əsrinə çevrilirlər. Ona görə, dövlətlərin belə keçidində məhz sosial sülhü yarada biləcək yeni liderlərin önə çıxması və sivil dünyanın modern “dilində” danışmaq, anlamaq bacarığı olmalıdır.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirilən Ukrayna ilə bağlı siyasət və onun doğurduğu nəticələr bir neçə amil baxımından çox diqqətə layiqdir. Proseslərin müəyyən müddət uzanmasına baxmayaraq müsbət işartılar görünməkdədir. Ukraynanın tərkib hissəsi olan Krımın Rusiya tərəfindən işğalı, sonradan isə ilhaqı azad dünyanı və demokratiya tərəfdarlarını azca da olsa, məyus etmişdi. Bundan ruhlanaraq Rusiya militarist və eksponsionist siyasətini iqtisadi müstəvidə də davam etdirdi. Ukrayna ilə iqtisadi əlaqələrini kəsdi. MDB-i başqa ad altında(Avrasiya İttifaqı) yenidən birləşdirməyə cəhd etməklə özünün müttəfiqləri ilə Ukraynaya qarşı sanksiyalarda birləşdi. Ukraynaya müqavilə əsasında satdığı qazın qiymətini 2 dəfəyədək artırdı və s. Amma bütün bunlar isə həm Ukrayna, həmdə Rusiya iqtisadiyyatı üçün izsiz keçmədi.
Ukrayna niyə bu vəziyyətə gəldi?
Ukrayna keçmiş MDB ölkəsi olaraq Rusiya ilə sıx siyasi və iqtisadi əlaqəsi olan ölkə kimi tanınırdı. Ölkənin geniş sənaye potensialı Rusiyadan xeyli asılı idi. Bir neçə dəfə dəyişən siyasi elitalarda bunun trayektoriyasını dəyişə bilməmişdi. Ölkənin iqtisadi resusrlarına nəzarət oliqarxların əlində qaldı. Bu köhnə sistemi 3 dəfə dəyişən hakimiyyətlərin heç biri belə dağıda bilməmişdi. Kuçma partnomenklaturasının yetirməsi olaraq bunu özü bəsləyirdi. Bunu dəyişməyə risk etmirdi. Narıncı inqilab dalğasında hakimiyyətə gəlmiş Yuşşenko komandası demokratik və legitim olmasına baxmayaraq bu və digər fundamental problemlərin həll edə bilməmişdi. Bunun əsas səbəbi kimi həmin komandanın çox səriştəli və səmərəli reformalar apara bilməməsi ilə izah etmək lazımdır. Yanukoviç hakimiyyəti isə konservativ siyasət həyata keçirdiyi üçün belə islahatlara risk etmirdi. Cəmiyyət isə sosial orqanizm olaraq dinamizmə daim olaraq meylli olduğundan bu problemlərin sərtliyi hakimiyyətləri silkələyirdi. Silkələnməyin sonuncu “qanağı” Yanukoviç oldu. Qlobal siyasi tendensiyalar və xalqın səfərbər olunmaq əzmkarlığı Ukraynanı sərt və çətin seçim qarşısında saxladı. Beləliklə, artıq yol Avropaya istiqamət alıb.
İqtisadi artım səviyyəsi: Ukrayna və Rusiya
Rusiya ilə savaşın bütün mənalarda böyük riskləri olduğunu aydındır. Bu risklər xüsusilə ölkənin makroiqtisadi konteksdə özünü göstərir. Etiraf edək ki, Ukrayna müstəqillik illərindən sonra ilk dəfə idi ki, bu savaşdan sonrakı ildə(2014) səviyyədə olan iqtisadi artımın aşağı səviyyəsi ilə rastlaşırdı. Belə ki, bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə bu ilin sonuna Ukraynada 7%-lik ÜDM-də geriləmələr olacağı proqnozlaşdırılır. 2015-ci ildə isə ölkə üzrə iqtisadi artım 0,6% səviyyəsində ola bilər.
Eyni zamanda Rusiya iqtisadiyyatı da çətin və ağır günlərini yaşayır. Səbəb investisiyaların azalması, bazarlardakı depressiya, rublun dəyərsizləşməsi, beynəlxalq qurumların iqtisadi sanksiyaları və s. ilə bağlıdır. Rusiya rəsmiləri belə iqtisadi geriləmənin gözlənildiyini gizlətmirlər. Əgər nəzərə alsaq ki, ÜDM-nin artımı 2011-ci il üçün 4,3%, 2012-ci il üçün 3,4%, 2013-cü il üçün 1,3% göstərilirdisə, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2014-cü ilin sonuna bu göstərici 0,8% həcmində olacaq. Göründüyü kimi bu rəqəm hətta 1%-də təşkil etmir. Halbuki, 2008-ci ildə Rusiyada iqtisadi artım səviyyəsi 7%-lik həddə idi. 2014-cü ilin sonuna proqnozlaşdırılan iqtisadi artım səviyyəsi həmin illə müqayisədə çox aşağı həddir.
Ukrayna ilə təsir aləti kimi “qaz” dilində danışmağın yaratdığı sıx birlik. Ukraynanın Avropa ailəsinin qovuşmaq istəyinə Rusiyanın çox ciddi müqaviməti və sərt reaksiyası lap əvvəldən sezilirdi. Ötən ilin sonlarından başlayaraq Ukraynanın Aİ-nın Şərq Tərəfdaşlıq Proqramında fəal mövqe ifadə etməsi Rusiyanı ciddi qıcıqlandırdı. 2014-cü ilin 2-ci rübündən başlayaraq Rusiyanın böyük qaz ixracatçısı ”Qazprom” şirkəti Ukraynaya satdığı qazın qiymətini heç bir əsas olmadığı halda birdən-birə qaldırmağa başladı. Əgər bu konfliktdən qabaq “Qazprom” şirkəti 1000 kubmetr qazı 268 dollara satırdısa, sonradan isə həmin qazı 385 dollara satmağa qərar verdi. Nə qədər gülünc görsənsə də bu addımın səbəb kimi “Qazpromun” İH-nin sədri Aleksey Miller bunu Ukrayna tərəfinin qaza olan borcunun gecikdirməsi ilə əlaqələndirmişdi. Yəqin ki, belə absurd “arqumentə” sahib şirkətlə dünyada heç bir şirkət və ya dövlətlərin sonradan sivil ticarət münasibətlərindən danışması mümkün olmazdı. Bu fərqdən yaranmış məbləğ isə 1.7 milyard dollar həcmində qiymətləndirilərək Ukraynadan tələb edilməyə başlanıldı. Müqayisə üçün bildirək ki, bu məbləğ Aİ müştərilərinə təklif olunan qiymətdən demək olar ki, təxminən 2 dəfə çoxdur. Artıq Ukraynaya Rusiyadan gələn qazın həcmləri artıq sıfır təzyiqə endirilib və bu saat ölkə ərazisindən ancaq tranzit Rusiya qazı keçir. Onun həcmləri isə 185 milyon kubmetr həcmindədir. Belə vəziyyətdə demokratik birliklər Ukraynanı tək qoymayaraq ona iki qaydada kömək edəcəklərini bildirdilər. Birinci yol: Rusiya bazar qiymətləri ilə razılaşmasa və spontal olaraq yeni qiymətlərdə israrlı olsa, həmin qiymət artımına görə Rusiyaya heç bir əlavə ödəniş olmayaq. Əgər Rusiya isə bununla da razılaşmasa, o zaman onun bu addımı ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət ediləcək. İkinci yol: Lazım gəlsə, Ukraynanın istənilən maliyyə məsələləri ilə bağlı borclarının bağlanmasında Aİ və BVF-nun resurslarından istifadə olunacaq. Açığı Ukraynanı bütün mənalarda edilən müdafiə mexanizmləri təqdirə layiqdir. Bu Avropaya inteqrasiya yolu tutacaq digər dövlətlər üçün pozitiv mənada president imkanı yaradır. Beynəlxalq birliyin hərtərəfli dəstəyini hiss edəcək digər dövlətlərə də bu yolun seçməsində onlara böyük həvəs verir. Etiraf edək ki, 2008-ci ildə Gürcüstana münasibətdə belə müdafiə istehkamı qurulmamışdı.