Etiraf edək ki, smartfonlar günümüzün ən vacib tələbatlarından birinə çevrilib. Gündəlik həyatımızı onlarsız təsəvvür etmək mümkün deyil. Təkcə ünsiyyət vasitəsi olmasına görəmi? Əlbəttə ki, yox. Bu gün biz gündəlik yazışmalarımızda, informasiya ehtiyacımızın ödənilməsində, hətta musiqi dinləmək, şəkil çəkdirmək, videoyükləmələr izləmək, bir sözlə, əylənmək istədikdə belə ilk olaraq əlimizi smartfonumuza atırıq. Bir sözlə, mobil telefon bu gün bizim üçün həm də kompüteri, televizoru, pleyeri, fotoaparatı əvəz edən və özündə cəmləşdirən ən əlverişli cihazdır. Lakin gəlin görək, hər kəs bu tip telefonlara sahib ola bilirmi? Təbii ki, yox. Niyəsi hər kəsə məlum – bugünkü mobil telefon bazarındakı qiymətlər. İnsanlarda belə bir düşüncə tərzi formalaşıb ki, telefonun nə qədər çox funksiyası varsa, bir o qədər də baha olmalıdır. Bu məqamda sizi yaxşı mənada xəyal qırıqlığına uğratmalı olacağıq. Belə ki, Azərbaycanın ilk mobil operatoru “Bakcell”in təqdim etdiyi İLK smartfonu hərtərəfli əlverişlidir. Cəmi 79 manata üstün keyfiyyətli və müasir tələblərə cavab verən smartfona sahib olmaq mümkündür. Təsəvvür edin, 79 manat ödəməklə siz təkcə telefon aparatı almırsınız, həm də sosial şəbəkələrdən, müxtəlif internet yükləmələrindən, android sisteminin təqdim etdiyi proqramlardan istifadə imkanı qazanırsınız. Müasir texnoloji nailiyyətlərlə təchiz edilmiş İLK smartfonu geniş 4 düymluq sensorlu ekrana, 4 nüvəli prosessora (1.2 GHz Guad Core), RAM 512+ROM 4GB-yə, əməliyyat sistemli android 4.3-ə, parlaq işıqlı 5 MP-lik kameraya, ön kameraya malikdir. Bu telefonlara 1 illik zəmanət verilir.
İLK smartfonunu əldə etməklə siz həm də hər ay 1 GB internet trafik də qazanmış olursunuz. İLK-in aylıq internet bonusu 6 ay müddətində təqdim edilir. Bu bonusu almaq üçün əvvəlcə smartfonun İMEİ kodunu SMS-lə 5810 nömrəsinə göndərməklə kampaniyaya qoşulmuş olursunuz. Sözügedən kampaniyanın bir üstünlüyü də onun davamlılığındadır. Belə ki, kampaniyaya qoşulandan sonra internet bonusunu mütəmadi olaraq əldə etməkdən ötrü ay ərzində balansınızı 5 AZN məbləğində artırmaq kifayətdir. Bu bonuslar 30 gün ərzində etibarlıdır. İLK telefonlarını istənilən “Bakcell” diller, yaxud tərəfdaş mağazalardan əldə etmək mümkündür. Onu da vurğulayaq ki, Bakcell-in İLK smartfonu yalnız Bakcell nömrəsi ilə işləyir.
Xəyal