Məhəmməd Talıblı: «Neftin qiymətinin düşməsi xarici ticarət dövriyyəsinin azalmasına səbəb olacaq»
Bu gün bütün dünyanın diqqəti neftin qiymətindədir. Xüsusilə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün bu düşüş ağır nəticələr vəd edir. Neftin qiyməti bazar ertəsi 5 faiz də enərək son altı ildə ən aşağı həddinə çatıb.
ÿÜstəlik, bu arada “Goldman Sachs” investisiya şirkəti qiymətin bundan sonra da enməkdə olacağını proqnozlaşdırıb. Brent markalı neftin qiyməti 2,68 dollar endikdən sonra bir barrelin qiyməti hazırda 45,39 dollardır. Ekspertlər qiymətlərin 40 dollardan da aşağı enə biləcəyini proqnozlaşdırırlar və bildirirlər ki, enmə gözlənildiyindən daha sürətlə baş verir. Ötən həftə ərzində qiymət enişi az-çox sabit olsa da, “Goldman” üç aylıq proqnozunu verdikdən sonra ucuzlaşma yenidən sürətlənib.
Bir vaxtlar barreli 115 dollar olan neft, indi 45 dollara satılır. Təxminə neftin hər barrelinin qiyməti 60 dollar düşüb və bu çox ciddi rəqəmdir. Təbii ki, neftin qiymətdən düşməsi Azərbaycan da öz mənfi təsirini göstərməkdədir. Ilk növbədə isə kütləvi ixtisarlar, ərzaq məhsullarının qiymətinin qalxması müşahidə olunur.
Amma zərərlər bununla da yekunlaşmır. Belə ki, neftin qiymətinin azalması ixrac-idxal proseslərinə də öz mənfi təsirini göstərir.
Iqtsadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, idxal-ixrac prosesinə olan təsir ölkənin xarici ticarət dövriyyəsinə ciddi ziyan vura bilər: “Hansı məhsulun xüsusi çəkisi çoxdursa, həmin məhsulun qiymətinin azalması ölkənin xarici ticarət dövriyyəsinin azalmasına, qiymətlərin artması isə dövriyyənin artmasına xidmət edir. Azərbaycanda daha çox neft və neft məhsullarının ölkə ixracatında payı 94 faiz təşkil edir. Yəni ölkənin 100 dollarlıq ixracatının 94 dolları neftlə bağlıdır. Ona görə də neftin qiymətinin düşməsi, ixracat imkanlarının azalmasına gətirib çıxarır. Xarici ticarət dövriyyəsi idxal və ixracın cəmi hesab olunur. Deməli, xarici ticarət dövriyyəsi də azalmağa doğru gedir. Bu birbaşa təsirdir. Ikinci təsir isə dolayı təsirdir. Ölkədə neft və neft məhsullarlının əhatə etdiyi sənaye sahələri vardır ki, neftin qiymətinin düşməsi həmin məhsulların istehsalında da azalma qeydə alınır. Bu isə o deməkdir ki, ölkənin ÜDM-i azılır. Deməli, sahibkarlıq subyektlərinin vergi ödəmək potensialı da azalır. Ümumiyyətlə, neftin qiymətinin azalması xarici ticarət dövriyyəsinə birbaşa və dolayı təsir göstərir. Ölkədə qeyri-neft sektoru inkişaf etdirilmədiyi üçün, neftin qiymətdən düşməsi bütün sahələri vurur. Qeyd edək ki, 2008-2009-cu illərdə Azərbaycanın xarici ticarət dövriyyəsi 54 milyard dollar təşkil edirdisə, sonrakı dövrdə 18.4 milyard dollara düşdü”.
Ekspert onu da əlavə etdi ki, neftin qiymətdən düşməsi müxtəlif stukturların borclanmasına səbəb olur: “Dövlət şirkətlərinin dotasiya almaq zərurəti yaranır və uzunmüddətli borclanmalar yaranır. Eyni zamanda büdcə daxilolmaları da azalır. Onu da qeyd etmək lazımdır ki, neft gəlirlərinin əhaliyə birbaşa təsiri olmasa da, neftin qiymətdən düşməsi vətəndaşların ailə büdcəsinə mənfi təsir edir. Ola bilər ki, növbəti aylarda vergilər də artırılsın”.
S.Novruz