Mirvari Qəhrəmanlı: «Müxtəlif əməliyyat şirkətlərində 100 nəfər işçi məcburi məzuniyyətə göndərilir və bu proses hər ay davam edəcək»
Şirvanda yerləşən özəl neft şirkətində işçilər ixtisara salınır, bəziləri isə öz hesablarına məzuniyyətə göndərilir. Bu məlumatı “Reytinq”ə “Qarasu” Əməliyyat Şirkətinin işçiləri veriblər.
Onların sözlərinə görə, bu gündən, yəni yanvar ayının 15-dən başlayaraq, “Qarasu” Əməliyyat Şirkətinin Şirvanda yerləşən neft mədənlərində işləyən işçilərin 15 faizi öz hesablarına məzuniyyətə buraxılır: “Sizə onu da deyim ki, bu prosesinÿhər ayın 15-də eyni səviyyədə aparılacağı bildirilir. Yəni növbəti ayda daha 15 faiz işçi göndəriləcək”.
“Qarasu” Əməliyyat Şirkətinin 1297 nəfər işçisinin olduğunu deyən şəxs bildirib ki, mədənlərdə işləyən fəhlələri işdən bu adla çıxarsalar da, şiirkətin Bakı ofisində heç bir ixtisar aparılmır: “Bəli, şirkətin baş ofisində hamı öz yerindədir.ÿŞirkət rəhbərliyi mənasız yerlərə rahatlıqla pul xərcləsə də,ÿfəhlələri düşünmürlər.ÿOnlarÿbaş verənləri böhranla, inflyasiya ilə əlaqələndirir, amma şəxsi nəqliyyat vasitələrini Şirvana gətirib, burada icarədən böyük pullar qazanırlar. Halbuki, nəqliyyat xərclərini azaltmaqla işçiləri saxlamaq olardı.ÿAncaq, dediyimiz kimi, şəxsi qazancları bunaÿdaÿimkan vermir”.
Işçilər onu da iddia ediblər ki, hər gün şirkətin yeməkxanasında 400 işçiyə yemək verirlər: “Biz istəyirik ki, jurnalistlər və rəsmilər qəfil gəlib, bu yeməklərin keyfiyyətini və onlara çəkilən xərcləri yoxlasınlar. O zaman bu yeməklərin hər işçinin adına ÿsilinən 10 manata dəyib-dəyməməsinə ÿözləriÿ qərar versinlər!”.
Qeyd edək ki, Neft şirkətindəki ixtisarlarla bağlı bu ilk xəbər deyil. Neftin qiymətinin kəskin düşməsi fonunda bu ixtisarların daha da artacağı proqnozlaşdırılır.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, Neft şirkətində müxtəlif adlar altında işçiləri ixtisara salırlar və bu neftin qiymətinin düşməsi ilə bağlıdır: “Biz öncədən də proqnoz vermişdik ki, təkcə neftin qiymətinin düşməsinə görə yox, neft hasilatının azalmasına görə də ixtisarlar başlayacaq. Istər özəl şirkətlərdə, istər xarici şirkətlərdə, istərsə də dövlət şirkətlərində ixtisarların olacağı gözlənilən idi. Ancaq hökumət baş verənlərin ixtisar kimi gündəmə gəlməməsi üçün bu prosesi başqa adlar altında həyata keçirir. Məsələn, ”Qarasu” şirkətində 53 yaşından yuxarı işçilərə məcburi ərizə yazdırılır və işdən uzaqlaşdırılır. Binəqədi əməliyyat şirkətində, Neftçala əməliyyat şirkətində, Abşeron əməliyyat şirkətində, Şirvan əməliyyat şirkətində də eyni proses gedir. Belə ki, hər idarədən 100 nəfər işçi öz hesabına məcburi məzuniyyətə göndərilir və bu proses hər ay davam etdiriləcək. Bu da əmək qanunvericiliyinin pozulmasıdır”.
Azad