“Boeing” “Silk Way”lə bağladığı müqavilənin dəyərini açıqladı
Azərbaycanın alacağı 3 “Boeing 747-8″ təyyarəsi üzrə müqavilənin ümumi dəyəri açıqlanıb. Bu barədə “Boeing” şirkətinin rəsmi saytında qeyd edilib.
Bildirilib ki, “Boeing” şirkəti və Azərbaycandakı “Silk Way West” aviaşirkəti dəyəri 1,1 milyard dollardan çox olan 3 böyük yük təyyarəsinin alınması ilə bağlı razılıq üzərində işləyirlər (ans press).
Qeyd edək ki, “Silk Way West” aviaşirkəti “Boeing”in məhsul və xidmət orqanlarının sifarişçisi və operatorudur. “Silk Way” Aviaşirkəti Azərbaycanda əsas aviadaşiyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub. Aviaşirkət “Ilyuşin IL-76″ (hal-hazırda 7 ədəd IL-76) və ”Antonov AN-12″ (hal-hazırda 3 ədəd AN-12 ) yükdaşıyan təyyarələrlə bütün dünyada çarter proqramlarına xidmət göstərir.
2007-ci il may ayının 7-dən başlayaraq “Silk Way” Aviaşirkəti V.P.Çkalov adına Daşkənt Təyyarə Istehsalı Korporasiyasında (Özbəkistan) hazırlanmış, mühərriki IL-90A-76 olan yeni IL-76TD-90 təyyarəsindən istifadə edir.
Onu da bildirək ki, “Silk Way” şirkəti hakim ailəyə məxsusdur.