2014-2015-ci illərdə neftin barreli dünya bazarında $100-dan ucuz olmayacaq, deyə Dünya Bankının analitikləri bildirir. “Neft bazarında son tendensiyaların qorunacağını və neftin 2014-cü ildə 103, 2015-ci ildə 100 dollardan ucuz olmayacağını proqnozlaşdırırıq”, — deyə DB-nin Rusiya iqtisadiyyatı üzrə məruzəsində bildirilir.
Bank ekspertlərinin fikrincə, uzunmüddətli perspektivdə neft tədarükünün artması, qeyri-ənənəvi yollarla neft hasilatı, alternativ yanacaqlarla bağlı neftin qiyməti bir qədər düşəcək.
Dünya Bankı 2014-cü ildə neftə tələbatın sutkada 1,1 mln barrel artaraq 92,7 mln barrel. 2015-ci ildə 94 mln barrel olacağını düşünür. (contact.az)