Rayonlarımızın kəndlərində isə insanlar hələ də mal təzəyindən istifadə edirlər
“Gürcüstanda artıq 272 Azərbaycan şirkəti qeydiyyatdan keçib və onlar əməli fəaliyyətə başlayıblar. Nəticədə isə 2011-ci ildə ölkədə 7 min daimi iş yeri açılıb”. Bu barədə “Regnum” agentliyi xəbər yayıb.
Bu arada, “Kanal PIK” telekanalına müsahibə verən Gürcüstan prezidenti bildirib ki, rəsmi Bakının Gürcüstana qoyduğu investisiyalar çərçivəsində (800 milyon dollar) ölkədə minlərlə iş yeri də açılacaq.
“Bundan əlavə, artıq Gürcüstanın bütün regionlarının qazlaşdırılması da başa çatır. Biz buna görə Azərbaycana minnətdarıq”, – deyə Mixail Saakaşvili bildirib.
Saakaşvili onu da qeyd edib ki, Gürcüstan üçün Türkiyə əsas ticarət, Azərbaycan isə əsas investisiya partnyorlarıdır.
Öz ölkəsinin paytaxtında düz-əməlli qaz olmayan Azərbaycan hakimiyyətinin qonşu Gürcüstanı bütövlüklə qazlaşdırmasına nə ad vermək olar? Azərbaycanın bölgələrindəki kəndlərdə insanlar hələ də mal təzəyindən istifadə edirlər…
Mürsəl