Əmək kollektivinin təxminən 2500 üzvü bankın səhmlərinin çox cüzi hissəsinə sahibdirlər
Azərbaycanın ən iri kommersiya bankı olan “Kapital Bank” ASC nəhayət 2011-ci ilin 9 ayı ərzində fəaliyyətinin yekunlarını açıqlayıb. Bankın məlumatına əsasən, ötən ilin yanvar-sentyabr aylarında fiziki şəxslərə kredit verilməsi 4 dəfə azalaraq, 97,5 mln. manata enib, kredit portfeli isə 80,7% artaraq 918,6 mln. manat təşkil edib.
Beləliklə, hazırda kreditlərin 90%-i hüquqi şəxslərin payına düşür, baxmayaraq ki, bank hələ də özünü pərakəndə bank kimi təqdim edir. Hesabat dövrü ərzində bankın depozit portfeli 16,3% azalaraq, 244 mln. manat təşkil edib. O cümlədən fiziki şəxslərin əməliyyatları 61,2% azalaraq, 124,8 mln. manata bərabər oluib. Bankın aktivləri 53,2% artaraq,
1197,8 mnl. manat, nizamnamə kapitalı isə 33,3% artaraq 40 mln. manat təşkil edib. “Kapital Bank” ASC 2008-ci ildə özəlləşdirilib. Müəyyən edilmiş qaydalara əsasən, bankın əmək kollektivinin təxminən 2500 üzvü onun səhmlərin çox cüzi hissəsini əldə ediblər. Bankın iri aksiyalar paketlərini “Ata Holding”, “Azərsun Holding”, “Xalq Sığorta” və s. alıb. Lakin sonradan onlar gözlənilmədən “fikirlərini dəyişiblər” və aksiyalarını “Pasha Holding”ə satıblar. Nəticədə, bankın əsas səhmdarı prezident Ilham Əliyevlə qohumluq əlaqələri olan Paşayevlər ailəsi (99,98%) oldu.