Bu ilin yanvar-sentyabrında MDB ölkələrinin Ümumdaxili məhsul göstəricisi orta hesabla 4,5% artıb.
“Qafqazinfo”nun məlumatına görə, Avroasiya inkişaf bankının rəsmi saytında dərc olunan hesabata əsasən, iqtisadi artım tempinin ən çox müşahidə olunduğu ölkə Türkmənistan (14.6), ən aşağı isə Azərbaycandır (0.5).
Bankın proqnozlarına görə, MDB ölkələrində 2012-ci il üzrə iqtisadi artım 4.6% olacaq. Ən yüksək göstərici Türkmənistanda (8.4%) və Özbəkistanda (7.4%) gözlənilir. MDB üzrə Belarus (3%) və Rusiyanın (4.1%) orta iqtisadi göstəriciləri isə artacaq.
Hesabata əsasən, Ermənistan, Qırğızıstandan və Moldovadan başqa MDB-nin bütün ölkələrində sənayedə istehsalın həcminin artması ləngiyib.
Regionda orta inflyasiya (Belarus istisna olmaqla) 2011-ci ilin noyabrınadək 7.1%-ə qədər azalıb. Belorusda davam edən kredit ekspansiyası 2011-ci ilin noyabrında illik inflyasiyanın 106%-ə qədər artımına gətirib çıxarıb.