“Enerjimin hər qramını ərimin müalicəsinə həsr etmək istəyirəm”
Dünyanın ən məşhur qadın müğənnilərindən biri olan Kanadalı superulduz Selin Dion şou biznesdən birdəfəlik getdiyini bəyan edib. O, Las Veqas şousunu, həmçinin payıza elan olunan Asiya turunu da ləğv edib.
Dion deyib ki, o bütün diqqətini özünün və həyat yoldaşının səhhətində cəmləyəcək: “Mən öz gücümün və enerjimin hər qramını ərimin müalicəsinə həsr etmək istəyirəm. İndiki vaxtı ərimə və uşaqlarıma həsr etməyim mənim üçün vacibdir”.
Selin Dionun həyat yoldaşı Rene Angelil dekabrda xərçəng xəstəliyi ilə bağlı əməliyyat olunub. Dion deyib ki, ərinin xəstəliyi ilə mübarizə aparmaq və 3 uşaq böyütmək şou biznesinin qrafiki ilə çox çətindir və streslidir.
Dion özünün bütün pərəstişkarlarından eyni zamanda həm üzr istəyir, həm də onlara sevgilərinə və dəstəklərinə görə təşəkkür edir (azadliq.org).