Azərbaycan himninin London Simfonik Orkestrinin ifasında videosu yayılıb. “Abbey Road” səsyazma studiyasında çəkilən görüntülər Türkiyə mətbuatında yer alıb.
Himn müasir versiyada səsləndirlib. Dövlət himni yüzlərlə fərqli alət və nəhəng xor tərəfindən səsləndirilib. 100-dən çox sənətçi bu işdə yer alıb.
Himn üzərində iş 9 saat davam edib. Himnin yeni müasir versiyasında daha çox alət və müasir səs texnologiyasından istifadə edilib (ans press).