Barbadoslu pop diva Rihanna artıq bir neçə müddətdir ki, musiqi aləmi ilə yanaşı olaraq özünü moda və dizaynda da göstərə bilib. Bir neçə məşhur moda evləri ilə işbirliyi edən ifaçı bu dəfə “Vogue” jurnalının üz qabığını bəzəyib. Riri moda aləmində öndə gedən dərgilərdən biri hesab edilən “Vogue” üçün kamera qarşısına keçib. Müğənninin yaratdığı obraz maraqla qarşılanıb. O, burada mağarada canavarlarla birlikdə yaşayan çirkli, amma yenə də şarmını itirməyən bir qadını xatırladır.
Rihanna ötən günlərdə dünya üzrə üç ən məşhur qaradərili xanımı hesab edilən 44 yaşlı model Naomi Kempbel və 59 yaşlı dünya ulduzu İman ilə birlikdə kamera qarşısına keçib. “W Magazine” jurnalı cazibədar qadınları bir araya gətirərək maraqlı layihəyə imza atıb (ans press).