Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. "Wiener Stadthalle" arenada təşkil olunan mahnı müsabiqəsinin finalında 27 ölkə təmsilçisi iştirak edib. Bu dəfəki, 60-cı "Eurovision" mahnı müsabiqəsinin qalibi 365 xalla "Qəhrəmanları" mahnısını ifa edən İsveç təmsilçisi Mons Zelmerlev olub . İkinci yerdə 303 xalla Rusiya təmsilçisi Polina Qaqarina, üçüncü yerdə isə 292 xalla İtaliya təmsilçisi qərarlaşıb. Səhnəyə “Hour of the Wolf” mahnısı ilə çıxan təmsilçimiz Elnur Hüseynov isə 49 xalla 12 yerdə olub.
Azərbaycana səs verən ölkələr:
Çexiya – 12 xal
Gürcüstan – 10 xal
Monteneqro, Malta – 8 xal
Rumıniya, Rusiya – 3 xal
Litva – 2 xal
azadliq.info