Sat05252013

Meydan TV-ni bağlayırlar?

Avropa azərbaycanlıları UEFA-ya etiraz edəcək

  • PDF

Səbəb ARDNŞ-in bu qurumun sponsorlarından birinə çevrilməsidir

“Texnikabank” işində məhkəmənin açıqlığı prinsipi pozuldu

  • PDF

İstintaqın «bonus» ittihamına etiraz: «Bir sənəd göstərin ki, orada bonus sözü yazılıb. Axı belə bir söz yoxdu heç yerdə...»

İranın tələb etdiyi Mikayıl Kazımi kimdir?

  • PDF

İranın Bakıdakı səfirliyi hələlik açıqlama vermir

Qarabağ qaziləri də Aslan İsmayılovu müdafiə etdi

  • PDF

“Qarabağ qaziləri” birliyi Vəkillər Kollegiyasının hüquqşünas Aslan İsmayılovun kollegiya üzvlüyündən çıxarmaq barədə məhkəməyə müraciət etməsi qərarını pisləyib. Birliyin sədri Etimad Əsədovun açıqlamasında deyilir: “Aslan İsmayılov Azərbaycanın çox savadlı, obyektiv, prinsipial vəkillərindən biri, ləyaqətli insan, məsuliyyətli vətəndaşdır. Biz onun bu keyfiyyətlərinə “Sumqayıt hadisələri” işindən tutmuş ta bu günə qədər davam edən səmərəli fəaliyyəti zamanı dəfələrlə şahid olmuşuq. 2001-ci ildə Azərbaycanda Qarabağ qazilərinin ümumrespublika aksiyası zamanı yaranmış gərgin və ağır günlərdə də onu yanımızda gördük. Təmənnasız xidməti ilə bizə dəstək olan Aslan İsmayılov bu missiyasını sonralar da davam etdirdi.

Qarabağ qaziləri hesab edir ki, son illər Aslan İsmayılova qarşı planlı və qərəzli təzyiq kampaniyası aparılır. Keçmiş döyüşçülər inanır ki, dövlət başçısı İlham Əliyev bu ədalətsizliyə qarşı öz sözünü deyəcək.

Biz Aslan İsmayılova qarşı aparılan bu kampaniyanı pisləyir, ona qarşı təzyiqlərin dayandırılmaısını tələb edirik. Prezident İlham Əliyevdən xahiş edirik ki, bu olayı öz nəzarətinə götürsün, vəkilin hüquqlarının pozulmasının qarşısının alınmasında lazımı köməklik göstərsin”.