Ərəb inqilablarından qorxuya düşən oliqarxlar övladlarını qorumaq haqqında düşünürlər
Ərəb inqilablarından sonra Azərbaycan hakimiyyətində təmsil olunan məmur oliqarxlar övladlarının gələcək taleləri barədə ciddi düşünməyə başlayıblar. Onlar övladlarını qorumaq üçün ilk növbədə onları biznes sahəsindən uzaqlaşdırmağa başlayıblar.
“Azadlıq”a daxil məlumatlara görə, məmurlar övladlarını daha çox diplomatik sahəyə yönəldirlər. Onlar düşünürlər ki, bəlkə bu yolla övladları gələcəkdə baş verən təhlükələrdən sığortalana bilər və Qəddafinin, Hüsnü Mübarəkin övladlarının aqibətini yaşamazlar. Oliqarxların övladlarını biznesdən ayırıb diplomatik sahəyə yönəltmələri barədə konkret nümunələr də var. Nəqliyyat naziri Ziya Məmmədov “ZQAN Holding”in rəhbəri olan oğlu Anar Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsini alaraq biznes ortağı Bülent Karanıya verib. Anar Məmmədov ABŞ-da Azərbaycan Amerika Assosiasiyası adlı təşkilatın başına gətirilib. Bu nazir oğlunun diplomatik fəaliyyətə hazırlıq mərhələsi hesab edilə bilər.
Başqa bir oliqarx, “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov da oğlunun biznes sahəsindən ayırıb. Hazırda Cavid Qurbanovun oğlu Istanbulda Azərbaycan konsulu vəzifəsində çalışır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da övladlarını ictimai-siyasi işlərə cəlb edib. “Fövqəlnazir”in oğlanları Taleh və Nicat Britaniyada ictimai fəaliyyətlə məşğuldur. Lakin Kəmaləddin Heydərov bununla kifayətlənmək istəmir. Əldə etdiyimiz məlumatlara görə, “fövqəlnazir” böyük oğlu Taleh Heydərovu Azərbaycanın Britaniyadakı səfiri təyin etdirməyə can atır.
İnformasiya şöbəsi
- 08/08/2012 10:18 - Alman qəzeti də Azərbaycanla bağlı boks qalmaqalından yazdı
- 07/08/2012 09:16 - İlham Əliyev nazirlərə qəzəblənib
- 06/08/2012 17:10 - Azərbaycanla bağlı boks qalmaqalında rüşvət iddiası genişlənir
- 05/08/2012 10:37 - Liderlər Olimpiya rüsvayçılığından danışdı
- 05/08/2012 09:42 - İlham Əliyev bir gecədə 60 min dollar hesab ödədi
- 05/08/2012 09:32 - Füzuli Ələkbərov “ippona düşüb”
- 03/08/2012 09:14 - Paşayevlərin baş nazir və mer planı
- 02/08/2012 09:18 - Hakim ailənin media proyekti
- 01/08/2012 08:53 - Əliyev Cəlilabadda fövqəladə vəziyyət yaratdı
- 01/08/2012 08:45 - “Ailəm Ştefanın varlığından xəbərdar idi”
- 31/07/2012 09:09 - Hakimiyyətiçi müdhiş plan
- 31/07/2012 08:43 - Nazir müavini Heydərova “yox” deyib
- 30/07/2012 13:35 - Amerikalı konqresmendən Klintona çağırış
- 29/07/2012 10:13 - Olimpiadada iştirakı da Əliyevi hədəfə gətirdi



