ARDNŞ-in bu günə olan xarici borcu 1,5 milyardı ötüb
Bu ilin sonunadək ARDNŞ xarici banklardan 500 mln. ABŞ dolları məbləğində kredit cəlb etmək niyyətindədir. Bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib(APA).
Onun sözlərinə görə, xarici banklardan kredit cəlb etmək avrobonddan daha ucuz başa gəlir:"Biz bir sıra xarici banklarla kredit cəlb etmək üçün danışıqlar aparırıq ki, ilin sonunadək ARDNŞ-a 500 mln. dollaradək vəsait lazım olacaq. Bu vəsaitin təxminən 130 mln. dolları Türkiyədə inşa olunacaq “STAR” neft emalı zavoduna yönəldiləcək, vəsaitin qalan hissəsi isə ARDNŞ-ın daxili investisiyaları, Isveçrədə yanacaqdoldurma məntəqələrinin rebrendinqi, Ukraynada apardığımız işlər, Gürcüstanın qazlaşdırılması, həmçinin daxili tələbat üçün lazımdır".
Bu arada məlum olub ki, ARDNŞ-in xarici borcu təxminən 1,6 mlrd. dollar təşkil edir. Qurumun vitse-prezidenti Süleyman Qasımov bildirib ki, ARDNŞ-in bu borcu 5 müəssisəni, o cümlədən “Azneft” IB, iki emal zavodu, marketinq idarəsi və baş ofisi əhatə edir. Borcun strukturuna gəldikdə, buraya 500 mln. dollarlıq avrobond, 500 mln. manatı dövlət təminatı olan borc, hərəsi təxminən 100-150 mln. dollar olmaqla “Natixis Bank” və “Yapi Kredi Bank”a, 60 mln. dollar isə “BNP Paribas” banka olan borclardır. S.Qasımovun sözlərinə görə, hazırda mövcud olan borcun həcmi tam idarə olunandır.
- 10/07/2012 16:21 - "Səba" uşaqları sevindirəcək
- 05/07/2012 10:04 - “Slavyanka” yenə niyə hədəfə gəlib?
- 30/06/2012 16:37 - "Qazprom" "Trans-Anadolu"nu etirazla qarşıladı
- 24/06/2012 10:59 - Kapital Bank: açıq səhmdar cəmiyyətdə qapalı iclas
- 16/06/2012 08:41 - Neftin qiyməti 50 dollara düşsə...
- 14/06/2012 15:38 - "Neft anbarı" ölkələrin reytinqi açıqlandı
- 07/06/2012 13:38 - Avropalılar yoxsuldu, yoxsa biz?
- 05/06/2012 12:05 - ARDNŞ-in layihəsi 1.6 milyard bahalaşdı
- 29/05/2012 18:59 - Hakim ailənin nəhəng projesi batır
- 24/05/2012 16:32 - "Azercell" 4G-ni də istifadəyə verdi
- 15/05/2012 09:17 - Rövnəq Abdullayev Liviya bazarına girir
- 10/05/2012 15:44 - Yeni pullara ehtiyac varmı?
- 03/05/2012 09:34 - "Acından ölən" Almaniya və "lider" Azərbaycan
- 25/04/2012 10:06 - Avropa Azərbaycandan cavab gözləyir