Bir müddət əvvəl Məhəmməd Imanlıdan Prezident Administrasiyasına şikayət olunubmuş
BDU-nun professoru Məhəmməd Imanlının həbsilə bağlı yeni məlumatlar almışıq. Məlumatda bildirilir ki, Məhəmməd Imanlı hələ BDU-nun hüquq fakültəsinin dekanı olarkən “qara siyahı”ya düşübmüş. Həmin vaxt onunla bir nəfərin arasında mübahisə olub.
Həmin şəxs (Bu şəxsin adı və mübahisənin təfərrüatları bizə bəllidir, lakin müəyyən səbəblərdən açıqlamırıq) isə Məhəmməd Imanlıdan Prezident Administrasiyasına şikayət edib. Məsələ Ilham Əliyevə qədər gedib çıxıb. Və bundan sonra BDU-nun rektoru, Məhəmməd Imanlının qohumu Abel Məhərrəmova baş verənlərlə bağlı irad bildirilib. Abel Məhərrəmovun gördüyü tədbir isə dekan seçkilərində Məhəmməd Imanlının bu vəzifədən kənarda saxlanılmasından ibarət olub. Bununla belə Məhəmməd Imanlı artıq “qara siyahı”ya düşüb. Və elə ilk fürsətdə onun həbsinə qərar verilib.
Xatırladaq ki, BDU-nun Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalistika” kafedrasının müəllimi, hüquq elmləri doktoru Məhəmməd Imanlı Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Prokurorluğun məlumatında qeyd edilir ki, Məhəmməd Imanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edib. O, mayın 5-də yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 H-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Informasiya şöbəsi
- 23/05/2012 11:29 - “Azərbaycan hakimiyyəti dünyanı aldatmağa çalışır”
- 23/05/2012 09:10 - MTN Əli Kərimlinin qaynını kor etmək istəyir
- 21/05/2012 12:34 - Polis Bakının mərkəzində dindar "ovuna" çıxdı
- 20/05/2012 11:35 - Nemət Pənahlının xanımından Fuad Ələsgərova ağır suallar
- 19/05/2012 09:25 - «Voenkomat»lar iki məmurun nəzarətinə keçir
- 18/05/2012 10:01 - Təhsil Nazirliyindən növbəti biabırçılıq
- 16/05/2012 19:16 - Alman qəzeti Xədicə İsmayılın cəsarəti haqda yazdı
- 15/05/2012 18:25 - Dini komitə də İrana cavab verdi
- 15/05/2012 09:09 - Oqtay Gülalıyevdən Heydərova qarşı ifadə almaq istəyiblər?
- 13/05/2012 15:07 - Normal ölkədə Abutalıbov məsuliyyətə cəlb olunardı
- 12/05/2012 12:27 - Elçin Behbudov Əli Kərimlinin qaynı ilə görüşüb
- 11/05/2012 12:21 - Cabbar Savalanlı hospitalda müayinədən keçib
- 10/05/2012 14:16 - Türkiyədə azərbaycanlı ana və qızı öldürüldü
- 08/05/2012 18:55 - Elnur Seyidovla bağlı heç bir istintaq hərəkəti yoxdur