Sabiq nazir Fikrət Məmmədov və Mədət Quliyevlə münasibətlərinin pis olmasından ehtiyatlanır
MTN-nin təcridxanasının Ədliyyə Nazirliyinə verilməsilə bağlı Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov maraqlı açıqlama verib. O, təcridxananı Ədliyyə Nazirliyinə verilməsinin əleyhinə olduğunu bildirərkən deyib ki, sabiq səhiyyə naziri dəfələrlə ona bildirib ki, MTN-ə köçürülməsini və azadlığa buraxılana qədər orada saxlanılmasını istərdi.
Bu açıqlamanı Elçin Behbudov “Şərq” qəzetinə verib. “Azadlıq”a açıqlamasında isə komitə sədri bildirib ki, Əli Insanov bu istəyini MTN-nin təcridxanasında saxlanma şəraitinin yaxşı olması ilə izah edib: “Orada saxlanma şəraiti yaxşıdır, yeməklər digər təcridxanalarla müqayisədə keyfiyyətlidir, həmçinin nəzarətçilər davranışı normaldır. Əli Insanov da buna görə MTN-nin təcridaxanasında cəza çəkmək istəyirdi”.
Lakin Əli Insanovun MTN-ə köçürülməsini istəməsinin başqa daha ciddi səbəbi də var. Məsələ burasındadır ki, Əli Insanovun ədliyyə naziri Fikrət Məmmədovla münasibətləri normal deyil. Bundan başqa Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevlə Əli Insanov arasında insident yaşanmışdı. Olay Mədət Quliyev sabiq nazirin cəza çəkdiyi 13 saylı kolonda olarkən baş vermişdi. Xidmət rəisinin məhkumlarla görüşündə Əli Insanov onun ünvanına sərt ittihamlar səsləndirmişdi. Onun cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdıralacağı, təmir işləri aparılacağı barədə söylədiklərin yalan olduğunu bildirmişdi. Mədət Quliyev isə Əli Insanovu cinayətkarı adlandırmış. Sabiq nazir də cavabında onun özünün cinayətkar olduğunu vurğulamışdı. Və Mədət Quliyevi şəxsən özünün həbsxanaya salacağını bildirmişdi. Sonradan nəzarətçilər Əli Insanovu görüşün keçirildiyi zaldan çıxarmışdılar. Görünür, bütün bunlardan sonra Əli Insanov 13 saylı kalonda həyatı hansısa təhlükə hiss edir. Bu baxımdan da cəzasını daha təhlükəsiz hesab etdiyi MTN-nin təcridxanasında çəkmək istəyir.
- 15/05/2012 17:26 - Azərbaycan iqtidarı alman mediasında yenə tənqid olundu
- 15/05/2012 14:44 - Əbülfəz Qurbanlı “Amnesty İnternational”a danışdı
- 15/05/2012 09:14 - Almaniya XIN-də Azərbaycanla bağlı tədbir olacaq
- 11/05/2012 21:30 - Rusiya mətbuatı Azərbaycan-İsrail alyanslndan yazdı
- 10/05/2012 15:12 - Cəbhəci gənclər xarici jurnalistlərə səsləndi
- 10/05/2012 10:15 - «Fərəc Quliyevin yerinə olsam...»
- 09/05/2012 19:34 - ABŞ mediası Şuşadan bəhs etdi
- 07/05/2012 19:14 - AXCP İmişlidə güclənir
- 06/05/2012 11:21 - Əli Həsənovdan inanılmaz açıqlama
- 05/05/2012 10:12 - Azərbaycan gerçəkləri Avstriya mediasında
- 03/05/2012 17:29 - Azərbaycanda 18 vicdan məhbusu var
- 02/05/2012 18:40 - Almaniya səfirliyi "Yeni Azərbaycan"ı yenə təkzib etdi
- 02/05/2012 11:49 - Hakimiyyət Avropa Birliyi ilə münasibətləri korlayır
- 02/05/2012 11:20 - Sabiq icra başçısı YAP-ı ələ keçirmək istəyir



