Şəhid olmuş övladının məzarına bir dəstə gül qoyammayan vətəndaşım,
Gül bayramın mübarək!
Doğum günü sevdiyi o gözəl qıza, bir tər çiçək alammayan vətəndaşım,
Gül bayramın mübarək!
Bir cütlüyün mərhəmətinə sığınıb, bürünmüş gül satan bala,
Gül bayramın mübarək!
Bir qarınlıq çörək üçün, harın məmur maşınını silməyə can atan bala,
Gül bayramın mübarək!
20 ildi əsirlikdə bir erməni dığasına, bir gül körpə doğan qadın,
Gül bayramın mübarək!
Yaş yerinə gözlərindən leysan yağış yağan qadın,
Gül bayramın mübarək!
Bir şərəfsiz qapısında gül-çiçəyi gübrələyən fəhlə kişi,
Gül bayramın mübarək!
Utancından öz-özünə qəsd eləyib güllələyən fəhlə kişi,
Gül bayramın mübarək!
Ömrünün gül açan vaxtı şərlənərək zindanlara düşən qardaş,ÿ
Gül bayramın mübarək!
Haqsızlığın gur alovlu qazanında çıtır-çıtır bişən qardaş,
Gül bayramın mübarək!
Vağzalı sədası altda subaylara gül çələngi atan gəlin,
Gül bayramın mübarək!
Səhəri gün ehtiyacdan o cehizlik güldanını satan gəlin,
Gül bayramın mübarək!
Bir abırsız müğənninin cır səsindən ilham alıb yatan xalqım,
Gül bayramın mübarək!
Dayaz yerdə müqavimət göstərmədən, dərinliyə batan xalqım,
Gül bayramın mübarək!
Ey vətəndaş, ey millətim gül-çiçəyin solmasın,
Ey bu şeiri yazan insan gül bayramın heç mübarək olmasın!
İlham Hüseyn
- 15/07/2012 13:38 - Zərə görə zor
- 21/06/2012 10:26 - Gənc cəbhəçi ingilis dilli yazılarına görə hədələnir
- 12/06/2012 12:36 - QURTULUŞ GÜNÜ
- 08/06/2012 19:00 - Əli Kərimlinin “milçəkləri”
- 21/05/2012 12:44 - Xalqdan qiymətli musiqi yarışması
- 13/05/2012 23:27 - Respublika Dama Federasiyası gender problemi yaradır
- 13/05/2012 22:39 - Gül bayramı zəruridir, yoxsa gəncliyimiz?
- 30/04/2012 17:39 - 15 günün xatirəsi...
- 09/04/2012 15:01 - Diqqət! Danışır xalq!
- 20/03/2012 12:34 - Danışır gənclik!
- 12/03/2012 03:01 - Ölkə gəncliyi “Dövlət gənclər proqramı”ndan xəbərsizdir
- 04/03/2012 22:08 - Prosesi saxlama
- 12/02/2012 22:36 - Dikkens və Axundzadə işığında
- 05/02/2012 23:02 - Rəsulzadə bizdən nə istərdi?