Sən demə şöbə müdiri müxalifətə hörmət edirmiş
«Onlar güc mərkəzi formalaşdıraraq, hakimiyyəti gələcəkdə seçki yolu ilə bizdən almaq istəyirlər»
“Mənim məmur kimi müxalifətin bu və ya digər qərarını dəyərləndirməyim yaxşı hal deyil”, bu gözlənilməz bəyanatı müxalifəti tənqid və təhqir etmək kimi sevimli məşğuliyyəti olan hakimiyyətin baş ideoloqu Əli Həsənov verib.
“Turan”ın müxbiri ilə söhbətində o, müxalifətin “cəmiyyətin ayrılmaz tərkib hissəsi, ictimai institut” statusunu etiraf edib. “Onlar bizim rəqibimizdir, mövcud hakimiyyətə müxalifətdədirlər, bizim addımlarımızı bəyənmirlər, dəstəkləmirlər. Ona görə də alternativ güc mərkəzi formalaşdıraraq, hakimiyyəti gələcəkdə seçki yolu ilə bizdən almaq istəyirlər",- uzun illər müxalifəti sosial bazadan məhrum, keçmişdə qalmış radikal tör-töküntü adlandıran Həsənov indi müxalifəti belə səciyyələndirib.
Ə.Həsənov fikrini bir qədər diplomatik bildirməyə çalışaraq, müxalifətdə təmsil olunan şəxslərin “Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalı olduqlarını” bildirib. Hakimiyyətin müxalifətə şəhərin mərkəzində mitinq keçirməyə icazə verməməsinin səbəbi barədə suala cavabda Həsənov deyib ki, müxalifət qanun çərçivəsində fəaliyyət göstərməlidir."Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir", deyə o qeyd edib.
Şöbə müdiri “Turan”ın Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm Ibrahimbəyovun dünən Azərbaycan iqtidarını kəskin tənqidi ilə bağlı sualına cavab verməkdən imtina edib.
- 15/05/2012 09:14 - Almaniya XIN-də Azərbaycanla bağlı tədbir olacaq
- 11/05/2012 21:30 - Rusiya mətbuatı Azərbaycan-İsrail alyanslndan yazdı
- 10/05/2012 15:12 - Cəbhəci gənclər xarici jurnalistlərə səsləndi
- 10/05/2012 10:15 - «Fərəc Quliyevin yerinə olsam...»
- 09/05/2012 19:34 - ABŞ mediası Şuşadan bəhs etdi
- 09/05/2012 10:30 - Əli İnsanov niyə MTN-ə köçmək istəyir?
- 07/05/2012 19:14 - AXCP İmişlidə güclənir
- 05/05/2012 10:12 - Azərbaycan gerçəkləri Avstriya mediasında
- 03/05/2012 17:29 - Azərbaycanda 18 vicdan məhbusu var
- 02/05/2012 18:40 - Almaniya səfirliyi "Yeni Azərbaycan"ı yenə təkzib etdi
- 02/05/2012 11:49 - Hakimiyyət Avropa Birliyi ilə münasibətləri korlayır
- 02/05/2012 11:20 - Sabiq icra başçısı YAP-ı ələ keçirmək istəyir
- 30/04/2012 19:33 - "Arif Hacılının təklifində ziddiyyət var"
- 27/04/2012 17:29 - Məmmədyarov Londonda sorğu-suala çəkildi