“Almaniyalı həmkarıma qarşı məkrli təbliğat məndə ikrah hissi doğurur”
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller “Turan” agentliyinə müsahibə verib. Səfir müsahibəsində Azərbaycan rəsmilərinin Qərb diplomatlarını İctiami Palata üzvləri ilə görüşdüklərinə görə ittiham etməsi, ümumiyyətlə Qərbi ölkənin daxili işlərinə qarışmaqda, hakimiyyətə təzyiq göstərməkdə suçlaması kimi məsələlərə də toxunub.
Bununla bağlı suala cavabında səfir deyib ki, özündən və dəyərlərindən əmin olan bir ölkə tənqiddən qorxmamalı, onu gizli məqsədlərin olması ilə izah etməyə çalışmamalıdır: “Tənqidi qəbul edə bilmək möhkəmliyin və özünə inamın göstəricisidir. Şübhəsiz, kimsə Azərbaycana nə etməli olduğunu diqtə edə bilməz, lakin onun üzv olduğu və qarşısında öhdəlik götürdüyü təşkilatlar onun bu öhdəliklərə riayəti barədə qiymətləndirmələr aparmaq ixtiyarındadırlar. Xarici diplomatlarla müxalifətin görüşlərinə olan bəzi rəsmi reaksiyalar məni şoka salır. Demokratiyalarda belə görüşlər adi və tamamilə normal haldır. Azərbaycan diplomatları fəaliyyət göstərdikləri demokratik ölkələrdə müxalifətlə görüşən zaman destabilizasiya cəhdləri ilə ittiham olunmurlar. Bununla əlaqədar, almaniyalı həmkarıma qarşı başlanmış bu məkrli təbliğat məndə ikrah hissi doğurur və mən ona öz dəstəyimi bildirirəm”.
“Sizcə, ikitərəfli münasibətlərdə ən mühüm nədir: neft və qaz, yoxsa daha nə isə” sualına cavabında səfir ikitərəfli münasibətləri canlı orqanizmə bənzədib: “Balanslı şəkildə mövcud olmaq üçün müxtəlif orqanların olması vacibdir. İerarxiya qurmağa çalışmaq bir orqanizmdə ürəyin yoxsa beyinin daha əhəmiyyətli olduğunu soruşmağa bənzəyir. Karbohidrogenlər Azərbaycanla Avropa Birliyi arasında birinci plana malik əhəmiyyət daşıyır, eyni əhəmiyyət institusional əməkdaşlığa, insanlar və cəmiyyətlər arasında olan münasibətlərə, hüquqi dövlətə riayət edilməsinə də şamil edilir”.
Qabriel Keller “Ərəb baharı”nın Azərbaycanda baş verməsinin mümkünlüyünə dair sualı da cavablandırıb. Səfir qeyd edib ki, bu barədə Azərbaycan vətəndaşları özləri qərar verməlidirlər: “Azərbaycan vətəndaşları özləri üçün, gələcəkləri üçün, gələcək nəsillər üçün və ölkələri üçün arzu etdiklərinə uyğun tədbirlər barədə özləri qərar verməlidirlər. Ətraf ölkələrdə baş verən hadisələrin onlara təsir etməsini və ya onları ilhamlandırmasını onlar özləri deməlidirlər. Fransa və beynəlxalq ictimaiyyət bu prosesdə onları yalnız müşayət edə, azadlıq və demokratiya dəyərlərini müdafiə edə bilərlər”.
- 09/05/2012 09:17 - İsmət Abbasovdan Kəmaləddin Heydərova zərbə
- 09/05/2012 09:11 - Əliyevə “Almaniyanı dinləmək zorundasan” dedilər
- 08/05/2012 09:08 - Almaniya mediası iqtidarı ələ saldı
- 07/05/2012 21:43 - Heydər Əliyev Qəzzafi ilə bir siyahıda
- 03/05/2012 18:07 - İlham Əliyevlə Vasif Talıbov “mətbuat yırtıcısı” elan olundu
- 03/05/2012 09:40 - Almaniya Azərbaycanı “repressiya dövləti” adlandırdı
- 03/05/2012 09:13 - MTN-in ələ keçirdiyi terrorçu dəstənin üzvü haqda şok məlumat
- 02/05/2012 09:14 - Aqil Əliyevin şərikini kimlər öldürtdürüb?
- 01/05/2012 08:46 - Avropa Şurası məruzəçisindən “Eurovision”u boykot çağırışı
- 30/04/2012 16:05 - Əliyevlərlə “dostluq” edənlər hədəfə çevrildi
- 29/04/2012 09:30 - Heydərov Usubovdan izahat istəcəyək
- 28/04/2012 17:51 - Bayden Azərbaycanı demokratikləşməyə çağırdı
- 28/04/2012 09:15 - Əliyevin Almaniyaya Stalinist hücumu
- 28/04/2012 09:03 - “New York Times” Əliyevi "topa tutdu"



