Aslan İsmayılov: «Biz bununla bağlı iddia qaldırmışıq»
Hazırda Türkiyədə mühacir həyatı yaşayan Zülfüqarlı qardaşları əllərindən alınmış zavodlarının geri qaytarılması üçün mübarizəsini davam etdirir. Qeyd edək ki, Zülfüqarlı qardaşlarına məxsus “Bakı Elektroştamp”, “Bakı Poladtökmə” zavodlarının qanunsuz alınması ilə əlaqədar məhkəmə prosesləri davam etməkdədir.
Dünən Yasamal Rayon Məhkəməsində zavodlardan əlavə Loğman Zülfüqarlıya məxsus əmlakların qanunsuz alınması ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə qəzetimizə açıqlama verən vəkil Aslan Ismayılov bildirib ki, Loğman Zülfüqarlının 2 min 566 kvadrat metr ibarət olan əmlakı da alınıb: “Halbuki, əmlak Dövlət Reyestri Xidmətinin MA 0144990 saylı çıxarışı əsasında Loğman Zülfüqarlıya məxsusdur. ”Bakı Elektroştamp", “Bakı Poladtökmə” zavodlarını və həmin 2 min 500 kvadrat metrdən ibarət ofisi ələ keçirmiş Rasim Məmmədov olub. Və biz bu əmlakın ələ keçirilməsi barədə iddia qaldırmışıq. Hazırda “Bakı Poladtökmə” zavodunun direktoru vəzifəsini Oqtay Rəfiyev icra edir. O, məhkəmədə hakimin sualları nəticəsində təsdiqlədi ki, 2 min 566 kvadrat metrlik ofis binası Loğman Zülfüqarlıya məxsus olub, ötən ilin fevralından isə onlar oturub. Oqtay Rəfiyevin dediyindən belə bəlli olur ki, guya, Loğman Zülfüqarlı bu əmlakı könüllü verib. Əgər könüllü veribsə, niyə 1 ildir məhkəmələrdə mübarizə aparırıq? Hazırda 10-ya yaxın məhkəmədə iddiamız var".
A.Ismayılov deyib ki, onlar Loğman Zülfüqarlıya zor tətbiq etməklə əmlakının əlindən alınmasını iddialarında göstəriblər: “Zor tətbiq edən şəxs isə Rasim Məmmədovdur. Amma bir məqamı unutmayın ki, bu əmlakın zavoda heç bir aidiyyatı yoxdur”.
- 12/06/2012 14:15 - Bakı dünyanın 50 ən bahalı şəhərindən biridir
- 05/06/2012 11:51 - Əmanətlərin qaytarılması ilə bağlı şübhəli məqamlar
- 01/06/2012 15:38 - İtaliya İrandan neft ixracını dayandırdı
- 24/05/2012 10:02 - Azərbaycanın adı beynəlxalq rüşvət qalmaqalında
- 18/05/2012 18:44 - Bakıda yeni avtovağzal kompleksi tikiləcək
- 11/05/2012 12:42 - Heydərovla Əyyubov Türkiyə şirkətinə qarşı
- 09/05/2012 13:04 - Bir ildə qiymətlər 7 faiz bahalaşıb
- 26/04/2012 09:42 - Hakim ailə Texnika Bankı aldı
- 19/04/2012 12:21 - Azərbaycanda "Coca-Cola"ya qarşı iş qaldırıldı
- 13/04/2012 10:46 - Büdcə talançılığı pik həddə
- 07/04/2012 11:06 - Hakimiyyətin “şifer korrupsiyası”
- 05/04/2012 18:06 - Bakıdakı Köhnə Univermaq su qiymətinə satışa çıxarıldı
- 04/04/2012 11:39 - Siqaret mafiyası bahalaşmadan 9 milyon qazanacaq
- 03/04/2012 08:46 - Siqaret bahalaşdı