“İlham Əliyev Aleksandr Lukaşenko kimi mətbuatdan qisas alır”
Azərbaycan Özbəkistandan betər olub
“Sərhədsiz reportyorlar” bu gün dünyada mətbuat azadlığı sahəsində vəziyyəti əks etdirən illik Mətbuat Azadlığı İndeksini yayımlayıb. Ən azad mətbuat Finlandiyada, ən qeyri-azad mətbuat isə Eritreyadadır.
Bu il İndeksə 179 ölkə daxil edilib. Azərbaycan azadlıq səviyyəsinə görə son yerlərdən birini – 162-ci yeri tutub və ötən illə müqayisədə 10 bənd geriləyib.
“Sərhədsiz reportyorlar”un hesabatında deyilir:
“Ötən il Azərbaycan müxalifətin demokratik hərəkatına qarşı güclü repressiya cəhdləri ilə səciyyələnib. İlham Əliyev, Belarusda Aleksandr Lukaşenko kimi, hakimiyyəti tənqid etdiyinə görə mətbuatdan qisas alıb.
Bakı və Minsk eyni metodlardan istifadə edir: jurnalistlər və blogerlər saxlanılır və azadlıqdan məhrum edilir. Müstəqil mətbuata təzyiqlər artır, xarici jurnalistlər ölkədən deportasiya olunmaqla hədələnir.

Bakı sosial şəbəkələrə nəzarətə ciddi diqqət yetirib və online rejimdə etirazını bildirən İnternet istifadəçilərini həbsə atır.
Müxalif jurnalistlərin döyülməsi, həbsi, fiziki hədələr və hücumlar – zorakılıq ölkəyə qayıdıb, son beş ildə ilk dəfə jurnalist qətlə yetirilib”.
Bu il Azərbaycan Özbəkistandan (157-ci yer) daha betər olub.
Azərbaycanın qonşularına gəlincə, Gürcüstan 104-cü, Ermənistan 77-ci yeri tutub və mətbuat azadlığına görə Cənubi Qafqazda lider olub. Lakin Ermənistan bu gün həqiqətən 3 il əvvəl olduğu yerdədir. KİV daimi hüquqi təqib obyektidir və vurulan ziyanın miqyası dövlətdə qorxu atmosferinə şərait yaradır.
Digər qonşulardan Türkiyə 148-ci, Rusiya 142-ci yeri tutub.
İndeksin tərtib edilməsi meyarlarına və metodlarına gəlincə, o, əsasən jurnalistlərin və KİV-in təqib faktları, ölkə qanunvericiliyi və hökumətin siyasəti əsasında formalaşdırılır (contact.az).
- 04/05/2012 17:37 - Azərbaycandakı qanunsuzluq ərəb mediasında
- 04/05/2012 01:07 - İctimai Palataya istədiyi yer verilmədi
- 03/05/2012 12:39 - Azərbaycan-Almaniya qarşıdurması davam edir
- 02/05/2012 13:21 - Cozef Baydenin mesajı xəbərdarlıq idi
- 01/05/2012 08:04 - Azərbaycan səfiri alman səfirinə cavab verdi
- 28/04/2012 10:54 - Əliyev yenə alman mediasının hədəfi oldu
- 28/04/2012 10:31 - Qərb İranı parçalamaqda maraqlı deyil
- 26/04/2012 10:35 - “Əli Kərimli hakimiyyətin bir nömrəli hədəfidir”
- 25/04/2012 12:12 - Alman deputat Əliyevi diktator adlandırdı
- 24/04/2012 11:27 - Aksiyalar göstərdi ki, xalq artıq ayaqdadır
- 23/04/2012 17:03 - Kanadadan Bakıdakı mitinqlərə dəstək
- 23/04/2012 16:26 - AŞPA sədrindən Azərbaycan hakimiyyətinə çağırış
- 22/04/2012 12:56 - Ekspertlər dəyişikliklərə mənfi rəy verdilər
- 20/04/2012 20:17 - Fazil Mustafa sayıqladı və cavabını aldı