Əli Əhmədovun rayonların ləğvi təklifi PA rəhbərindən gəlib
YAP-ın sədr müavini Əli Əhmədov Azərbaycanın inzibati ərazi vahidi olaraq rayonların ləğv edilməsi və regional idarəçilik sisteminin tətbiq olunması məsələsində israrlıdır. O, hələ bir müddət əvvəl bu barədə Milli Məclisdə məsələ qaldırmışdı.
“Azərbaycanın inzibati ərazi vahidinin rayon adlandırılmasına da son qoyulmalıdır. Rayon adı sovet hökumətindən qalıb. Rayon anlayışı Azərbaycanda nə qədər davam edəcək? Hesab edirəm ki, inzibati ərazi vahidlərinin kiçildilməsinə son qoymağın da vaxtı çatıb. Bu bir yandan inzibati idarəetmə xərclərinin azalması, o biri yandan da idarəetmə mexanizminin təkmilləşdirilməsi və sadələşdirilməsi üçün vacibdir”, - deyə Əli Əhmədov bildirmişdi.
Bu günlərdə Əli Əhmədov yenidən bu məsələni gündəmə gətirib və Rusiyanı nümunə göstərib. Yəni, onun fikrincə, Azərbaycanda da Rusiyada olduğu kimi quberniya tipli inzibati ərazi vahidinə keçidə ehtiyac yaranıb. Əli Əhmədov hesab edir ki, kiçik bir rayonun xüsusi bir idarəçilik zonası kimi saxlanılması həm idarəçilik, həm maliyyə baxımından o qədər də sərfəli deyil. YAP yetkilisi mətbuata açıqlamasında əlavə edib ki, məsələ ilə bağlı Ilham Əliyevə müraciət olunacaq.
Əldə etdiyimiz məlumatlara görə, rayonların ləğvi əslində Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin istəyidir. 2005-ci ildən sonra Ramiz Mehdiyev faktiki olaraq rayonları itirib. Indi rayonlar ayrı-ayrı oliqarxların əlindədir. Bu isə Ramiz Mehdiyevin maraqlarına uyğun deyil. Bu baxımdan da sözçülərindən biri olan Əli Əhmədov vasitəsilə bu məsələni ortaya atıb. Bu yerdə qeyd edək ki, Əli Əhmədovun digər hakimiyyət təmsilçiləri kimi müstəqil fikirli olmadığı bəllidir. Ümumiyyətlə YAP-çılarda hər hansı məsələ barədə “yuxarılar”la razılaşdırmadan danışmaq praktikası yoxdur.
Mehdiyev yeni inzibati ərazi vahidinə keçidi revanş hesab edir. Onun fikrincə, Ilham Əliyevi iri bir quberniyanın, mahalın, nə cür adlanmasından asılı olmayaraq, yeni inzibati ərazi vahidinin hansısa oliqarxın nəzarətinə verilməsinin hakimiyyətə ciddi təhlükə yaradacağına inandıra bilər.
Azad
- 25/04/2012 01:53 - Natiq Əliyev Rövnəq Abdullayevi çətin vəziyyətə saldı
- 24/04/2012 09:56 - Prorektorun qətli ilə bağlı şok faktlar
- 23/04/2012 03:37 - Misir Mərdanov böyük güclərin hədəfində
- 23/04/2012 03:32 - Məhərrəm Əliyev niyə müavin ola bilmədi?
- 22/04/2012 10:09 - İlham Əliyevin əmisi oğlu toxunulmazlıq statusunu itirib
- 22/04/2012 10:03 - On minlərin etiraz günü
- 22/04/2012 09:36 - Prezident Qvardiyasını məhv etmək tapşırığı verilmişdi
- 21/04/2012 08:31 - Surət bizi həbs edərək bunkerə atmaq əmri vermişdi
- 21/04/2012 08:15 - Hakimiyyətin “kamera əməliyyatı”
- 20/04/2012 09:47 - Əliyev icra başçıları ilə məxfi müşavirə keçirib
- 20/04/2012 09:36 - Rövnəq Abdullayev qorxuya düşüb
- 20/04/2012 09:28 - Dəfələrlə axtarsam da naziri tapa bilmədim
- 20/04/2012 09:12 - General baş leytenantı həbs etdirmək istəyir
- 20/04/2012 09:04 - Hakim ailə “Eurovision”u monopoliyaya alıb



