Ölkə başçısı rayon rəhbərlərinə hansı tapşırıqları verib?
Ilham Əliyev Nazirlər Kabinetindən keçirdiyi iclasdan sonra icra başçılarının əksəriyyətilə iqamətgahında müşavirə keçirib. “Azadlıq”a daxili olan məlumatlara görə, müşavirədə rayonlardakı vəziyyət müzakirə edilib. Ilham Əliyev narahatlıqla icra başçılarının diqqətinə çatdırıb ki, ölkədə vəziyyət yaxşı deyil, narazıların sayı günü-gündən artır, xüsusilə bölgələr sosial partlayış təhlükəsilə üz-üzədir.
Ilham Əliyev ölkə başçılarına gərginliyi müəyyən qədər azaltmaq üçün hərəkətə keçməyi tapşırıb. Onun göstərişinə əsasən icra başçıları hər gün bir kənddə olmalı və sakinlərin problemləri ilə maraqlanmalıdırlar. Mümkün qədər kənd ağsaqallarını ələ almalı, narazıları müxtəlif vasitələrlə neytrallaşdırmalıdırlar. Ilham Əliyev bildirib ki, əks halda ölkə qarışa bilər.
Göründüyü kimi artıq Ilham Əliyev də xalqın mövcud hakimiyyətdən narazılıq etməsinin fərqindədir. Və bu narazılıqları ənənəvi üsulla - yalançı vədlər, kimlərisə ələ almaqla yatırmaq istəyir. Lakin artıq bu üsul effektini itirib. Əhali YAP hakimiyyətinin yalanlarına, şirin vədlərinə inanmaq istəmir. Ona görə də Ilham Əliyevin icra başçıları ilə müşavirəsi hakimiyyət üçün müsbət nəticə verməyəcəyini bəribaşdan söyləmək mümkündür.
Informasiya şöbəsi
- 23/04/2012 03:32 - Məhərrəm Əliyev niyə müavin ola bilmədi?
- 22/04/2012 10:09 - İlham Əliyevin əmisi oğlu toxunulmazlıq statusunu itirib
- 22/04/2012 10:03 - On minlərin etiraz günü
- 22/04/2012 09:36 - Prezident Qvardiyasını məhv etmək tapşırığı verilmişdi
- 21/04/2012 08:40 - Ramiz Mehdiyev rayonları oliqarxlardan almaq istəyir
- 21/04/2012 08:31 - Surət bizi həbs edərək bunkerə atmaq əmri vermişdi
- 21/04/2012 08:15 - Hakimiyyətin “kamera əməliyyatı”
- 20/04/2012 09:36 - Rövnəq Abdullayev qorxuya düşüb
- 20/04/2012 09:28 - Dəfələrlə axtarsam da naziri tapa bilmədim
- 20/04/2012 09:12 - General baş leytenantı həbs etdirmək istəyir
- 20/04/2012 09:04 - Hakim ailə “Eurovision”u monopoliyaya alıb
- 19/04/2012 03:36 - Qərb mediasından Əliyevlərə növbəti “yaylım atəşi”
- 19/04/2012 02:09 - Dadaş Rzayev qiyamçılarla anlaşmışdı
- 18/04/2012 09:22 - Əliyevdən komanda təlaşına qarşı blef



