Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsi 18 “qanuni oğru”nun iştirakı ilə Elktrouqlidə keçirilən toplantını dağıdıb.
“Kriminal generallar” Moskva ətrafına zonaya nəzarəti bölüşməyə toplaşıblarmış. Axtarış zamanı “qanuni oğru”lardan qanuna zidd heç bir şey aşkar edilmədiyi üçün onların barmaqlarının izi götürülərək buraxılıblar.
“Yüksək sammit” şəhərətrafı Elektrouqlidəkı “Şater” yay kafesində toplanıbmış. “Izvestiya”ya Moskvaətrafı polis şöbəsindən daxil olan məlumata görə toplantıda “Ded Xasan”ın mafioz qrupundan olan 40 yaşlı Qriqori Sorokin (Jora Taşkendski), 49 yaşlı Aleksey Zabavin (Zabava) və 31 yaşlı Vladimir Ozerski (Zyuzya) kimi simalar var imiş.
Yığıncaqda həmçinin Elektrouqli, Elektrostal və Balaşixa şəhərlərinin “vəziyyət”inə baxan Yuri Lebedev (Bolt), Yuri Aksenov (Aksen), Yuri Tarasov (Taras) da iştirak ediblər.
“Kriminal generallar” vacib bir məsələni - Moskvaətrafına kimin nəzarət edəcəyini həll etməyə toplaşıblar. Iş orasındadır ki, son zamanlar Eloktrouqlidə birdən birə iki “qanuni oğru” peyda olub: həbsdən azad olunan Zyuza və yüksək tac alaraq “qanuni oğru” adına layiq görülmüş 35 yaşlı avtoritet Oleq Piroqov (Sirkaç). Eyni zamanda nəzərə alaq ki, Zabava da çoxdan burada yaşayır.
Elektrouqlidə nəzarət Zyuzaya verilsə də, Zabava və Jora Taşkendski onun əleyhinə çıxıb.
Daxili Işlər nazirliyi əməkdaşlarının verdiyi məlumata görə, avtoritetlərin toplanmasında məqsəd hadisədən xəbərdar olduqarını və varlıqlarını göstərmək kimi xəbərdarlıq xarkteri daşıyıb.
Onlar üzüstə yerə uzandırılaraq polislər tərəfindən yoxlanılıb, sonra idarəyə aparılaraq barmaqlarının izini götürürərək buraxıblar.
- 28/08/2012 10:25 - ABŞ-ı qıcıqlandırmaq hakimiyyətə 2013-də baha başa gələ bilər
- 28/08/2012 10:00 - Talıbovun kafe-çayxana qadağası etiraz doğurdu
- 26/08/2012 01:33 - Keçən il təmir olunan bina indi niyə sökülür?
- 25/08/2012 16:20 - "Qarabağ danışıqları İstanbulda keçirilsin"
- 23/08/2012 14:14 - Əli Kərimliyə qarşı təxribat Türkiyə mediasında
- 23/08/2012 12:00 - Elçibəy ölümünün səbəbi haqda nələr yazıb?
- 23/08/2012 11:01 - Elçibəyin müalicə xərclərini Ərdoğan ödəyib?
- 22/08/2012 13:30 - “Məni zəlzələ zonasına buraxmadılar” (VİDEO)
- 22/08/2012 02:30 - Hakimiyyətyönlü partiyada pul davası
- 22/08/2012 02:22 - “Mənə Elçibəyin fikrini çatdırdılar ki...”
- 21/08/2012 14:38 - Zülfüqarlılara qarşı təhdid davam edir
- 21/08/2012 14:21 - İcra başçısı Sumqaytın simvolunu sökdürdü
- 19/08/2012 19:10 - Qərb kəşfiyyatı Suriyanı mühasirəyə alıb
- 18/08/2012 18:43 - Azərbaycanlı məmurun “təyyarə qalmaqalı” böyüyür