face     twit

Error
  • JUser::_load: Unable to load user with id: 62

Usubov kürəkənini işdən çıxardı

  • PDF

Font Ölçüsü
Kamran Xankişiyevin polis orqanlarından xaric edilməsinin səbəbi barədə müxtəlif mülahizələr var

Daxili işlər naziri Ramil Usubov kürəkəni polis mayoru Kamran Xankişiyevi polis orqanlarından xaric edib. Redaksiyamıza daxil olan məlumata görə, nazir bu barədə bir neçə gün əvvəl əmr imzalayıb.
Kamran Xankişiyevin hansı səbəbdən polis orqanlarından çıxarıldığı dəqiq bəlli deyil. Lakin bəzi mülahizələr var. Yada salaq ki, bir neçə ay əvvəl Ramil Usubovun kürəkəni ilə prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov arasında silahlı insident baş verib. Robert Əyyubov Kamran Xankişiyevə atəş açaraq onu ağır yaralayıb. Hadisə Yasamal ərazisində fəaliyyət göstərən və “Opera” adlanan kafedə baş verib. Təbii ki, DIN bu xəbəri təsdiqləməyib. Nazirliyin rəsmi məlumatında Kamran Xankişiyevin ağır yaralanması silahdan ehtiyatsız davranması ilə izah edilib. Hər nə baş veribsə, fakt ondan ibarətdir ki, Ramil Usubovun kürəkəni ağır xəsarət alıb. Ona görə də Kamran Xankişiyevin  işdən çıxarılmasının səbəbi barədə ilk ağla gələn versiya onun artıq fiziki cəhətdən polis orqanlarında fəaliyyət göstərməsinin mümkün olmaması ilə bağlıdır.
Başqa bir versiyaya görə isə, bir neçə gün əvvəl Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyevi polis orqanlarından çıxaran Ramil Usubov balans yaratmaq üçün bu addımı atıb. Azər Şahverdiyev Göygöl polis idarəsində həmkarları ilə yaranmış mübahisə zamanı onların üstünə silah çəkdiyinə görə orqandan qovulub. Ola bilər ki, Ramil Usubov bu addımının Bəylər Əyyubovda qıcıq doğuracağını düşünüb. Və kürəkənini işdən çıxarmaqla Bəylər Əyyubova “heç kimə güzəşt etmirəm” mesajını verib.










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub
.

Yazarın digər yazıları