1. Səyavuş Novruzov, YAP icra aparatının sədr müavini, deputat – “Hesab eirəm ki, bu məsələlərə nəzarət olunmalıdır. Söhbət kimin hansı fikri yazmağından, kimin fikrini necə ifadə etməsindən getmir. Söhbət ondan gedir ki, insanların şərəf və ləyaqətini aşağılayan, onlara etikadan kənar sözlər yazan insanlar bir məsuliyyət hiss etməlidir…. Ona görə də hesab edirəm ki, sosial şəbəkələrə nəzarət olunmalıdır”.
“SƏS” qəzetinin sabiq millət vəkili (3 dəfə), YAP idarə heyətinin sabiq üzvü, Respublika Uşaq Təşkilatının sabiq sədri Gülər Əhmədovaya həsr etdiyi şeirdən bir parçanı olduğu kimi nəzərinizə çatdırır və bəri başdan oxuculardan dönə – dönə üzr istəyirik:
Bu gün Gülər dönüb olub qırt fərə,
Yüz xoruzla hinə girib min kərə,
Elşada da getmək istərdi ərə,
…Gülər özü suyuşirin Fərədi,
Meyli pullu-Elşad kimi ərədi,
Xoruzlarla görüş yeri dərədi…
2. Sadıq Sadıqov, “Neftçi” futbol klubunun prezidenti, – “Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yerə qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır(!!!!). Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”
İstər – istəməz yada Nigar Yaqublu düşür. Onun zaminə buraxılması üçün bütün ölkə ziyalıları, deputatlar, xalq artistləri xahiş etmişdilər. Qol əvəzinə qadınları vurmağı bacaran futbolçuya isə gözün üstə qaşın var deyən olmadı….
3. Ziya Məmmədov, nəqliyyat naziri, “Bəzən mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində, bu belə deyil”
Nazirin fikrini biz tamamlayaq…- “Bu yol adı altında büdcəni talamaqdır”
4. Hacıbala Abutalıbov, Bakı şəhər icra hakimiyyətinin başçısı, – ““Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm”
Söhbət Qış bulvarı üçün evləri sökülən və kompensasiya əməliyyatında aldadılan “şeytan”lardan gedir.
5. Eynulla Fətullayev, hüquq müdafiəçisi, “həbs etdirilmiş” gənc müxalifətçilər haqda – “Əgər Stalin düşərgələrində olsaydım, mən də dözməzdim və istənilən etiraf sənədinə qol çəkərdim. Hər şeyi boynuna alan NİDA üzlərinin oturduğu izolyatorda 9 ay mən də olmuşam. Axı Azərbaycanda heç bir işgəncə vermirlər. Mən, gənc nidaçılardan fərqli olaraq, burada 9 ay çekistlərimizin gününü göy əskiyə bükmüşdüm, amma mənə kimsə barmağının ucu ilə belə toxunmadı” .
Az qalır ki, “ gündə bir çekisti basıb döyürdüm” deyən, Eynullanın özünün həbsdən çıxandan sonra, 25 iyun 2011 – ci ildə “Azadlıq” radiosuna verdiyi müsahibədən bir cümlə… – “Həbsxanalar feodal, orta əsrlik, zülmətdir. Orada insanlar haqsızdırlar. İnsanlara qarşı yumşaq desək atlar kimi davranırdılar. Mən özümü orta əsrdə hiss edirdim”.
6. Elmira Süleymanova, insan haqları üzrə ombudsman, 31 mart soyqırımı ilə bağlı bəyanatından – “1918 –ci il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib”
Şərlənərək həbsxanalara düşən gənclərin ulu babalarını müdafiə etmək sizə asan gəlməsin…
7. Rövnəq Abdullayev, AFFA – nın prezidenti – “Berti Fogts peşəkardır və işini sevə-sevə görür”
Nəhayət, Rövnəq müəllimdən ilk peşəkar açıqlama gördük. Buna da şükür…
8. Nədim Əlixanov, Zirəddin Rzayevin yeni peyda olmuş rəqibi – “ Bir xanım vardı aylarla qızdırması 37 dərəcədən aşağı enmirdi. 4-5 ay o vəziyyətdə olub. Bakıda, Rusiyada bir neçə xəstəxanalara gedib, amma bir tədbir görə bilməyiblər. Sonra bu xanımın ailəsi mənim yanıma gəldi…”
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!.
9. Mirşahin Ağayev, ANS – in vitse – prezidenti, Xoca filmi haqda – “…hardasa nələrisə axtarıb tapmaq, qara-qura şeylər əldə etmək və bunu rejissor Vahid Mustafayevin işinin üstünə kölgə salmaq məqsədilə etmək, kişilikdən uzaq bir hərəkətdir.”
Əsl kişilik, “Brest qalası” filminin aşkar plagiatı olan “Xoca” nın rejissorunun xalqdan və rus həmkarından üzr istəməsi olardı…
10.Mirəşrəf Fətiyev, Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri(!) – “Aprelin 15-də Bakıya gələcəyəm və xalq artisti İlhamə Quliyevanı məhkəməyə verəcəyəm”.
Diaspora dediyin bax budur e…