12 yanvar aksiyası Azərbaycanın ictimai-sayasi həyatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi əlamətdar hadisə oldu desək, yanılmarıq. Istər aksiyanın gedişi zamanı, istərsə də aksiyadan sonrakı günlərdə onun əhəmiyyətini azaltmağa çalışan, müxalifətin rolunu inkar edən qüvvələrin fiaskosu sübut etdi ki, xalq ağı-qaradan seçməyi bacarır və 2013-cü ildə öz sözünü deməkdə qərarlıdır. Aksiyanın qarşısını almaqla görəvləndirilmiş hüquq-mühafizə orqanlarının böyük bir hissəsinin qarşıdurmada maraqlı olmaması və bunun əksinə olaraq can-fəşanlıq edən polislərin kürd dilində əmrlər verməsi, çox incə, hər kəsə məlum, fəqət “video”su olmayan bir faktor idi və nəhayət bu da “elşadabdullayevsayağı” təsdiqini(!) tapdı. “Passiv” polislərdən əlini üzən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin kürdəsilli zabitin eyni etnik tərkibdən olan həmkarlarına sərt şəkildə əmrlər verməsi kameraların “gözündən” yayınmadı. Bu çox ciddi bir faktordur və canab nazir şəxsən bu məqama aydınlıq gətirməlidir. Kimdir bunlar, hardan gəliblər?.
…Bəli, əziz oxucu, mən həmişə yazırdım, özümü və sizləri inandırmağa çalışırdım ki, Azərbaycan qadınını saçlarından, naməhrəm yerlərindən tutub sürüyən heç vaxt AZƏRBAYCAN TÜRKÜ ola bilməz. Təxminən bir il əvvəl evi əlindən alınmış, mənzil fırıldağı qurbanlarının aksiyası dağıdılan zaman arxadan bir zərərçəkmiş qadının döşlərindən (ifadəmə görə üzr istəyirəm – X.Ə) yapışıb, məmnunluqla kameralara poz verən polisi yəqin ki, xatırlayırsınız. Həqiqətən də utancverici bir səhnə idi, polisin asayişi qorumaq cəhdindən əsər-əlamət yox idi, sifətində bu eybəcərlikdən yaranan heyvani ekstaz nişanələri açıq-aşkar sezilirdi. PKK-nın ömürlük həbsdə olan lideri Abdullah Öcalana çox bənzəyən bu polis serjantı 12 yanvarda da Fəvvarələr meydanında idi…
Dekabr ayında “Yeni Azərbaycan” qəzeti açıq-aşkar Azərbaycan xalqının bu günkü durumunu… Amerikada yaşayan qırmızıdərili hindular və qaradərili zəncilərlərin əsrlər öncə durumu ilə eyniləşdirməkdən çəkinməmişdi…
Xatırlayırsınızsa, ABŞ dövlət katibinin müşaviri Tomas Melia və bir sıra Qərb dövlətlərinin səfirləri “Demokratiya naminə incəsənət” kampaniyasının tanıtım mərasiminə qatılmışdılar. Bu addımdan qəzəblənən YAP-ın orqanı ABŞ rəsmisinə belə sual verir:
“Məgər Azərbaycan Amerikadakı hindu azlıqların və ya qaradərili insanların hüquqlarının pozulması ilə bağlı keçirilən hər hansı bir kampaniyaya dəstək verir? Təbii ki, xeyr”.
Dolayı yolla hakim zümrəyə xidmət edən qəzet amiranə şəkildə, 9 milyon türkün pozulmuş hüquqlarına göz yummağı ABŞ dövlətinin rəsmisindən tələb edirdi…
Bəli, kim nə deyirsə, desin, mən o fikirdəyəm ki, 12 yanvarda “türk dubinkası”ndan səs çıxmadı. Bunu görən kürd zabit özününküləri fəal olmağa çağırdı…
Emin Milli və E.Fətullayevin “rusca”sına türkcə sözardı
Haqqın.az saytı mitinqdən az sonra rusca “Hakimiyyət nədən Fəvvarələr meydanında mitinqə icazə verdi? Ə.Kərimlinin nəzərinə” məqaləsini yaydı. Emin Milli isə, Əli Kərimli və digər müxalifət liderlərinə “meydanı onlara (kimə? – X.Ə.) verdiyinə” görə təşəkkür etdi. Istər məqalə, istərsə də bəyanat mitinqdən sonra(!) oldu. Təkrar edirəm,mitinqdən sonra…
Eynulla Fətullayevlə bağlı məsələ aydın olsa da, etiraf edim ki, Emin Millinin bu açıqlaması mənim üçün bir “yenilik”dir. Əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı yazı “Azadlıq” qəzetində 200 min dəfədən çox oxunandan, Ictimai Palata və müxalif gəncliyin mitinqin baş tutması üçün göstərdikləri çabalardan sonra hər şeyi özü başda olmaqla hansısa mübhəm təşkilatın adına çıxmaqla, bizi Mübariz Qurbanlıya şükr etməyə məcbur etdi desəm, yanılmaram. Ən əsası isə, mitinqdən öncə bu gəncin çabaları haqda nəsə tapmaq cəhdim isə, uğursuzluqla nəticələndi…
Eynulla isə, mitinqdən bir gün əvvəl saytında meydanda on-on beş gəncin olacağını və hakimiyyətin aksiyanı dağıdacağını iddia etsə də, mitinqdən sonra onun uğurla keçməsini hakimiyyətə bağlayaraq(!), AXCP liderini hədəfə aldı. Amma məqalə boyu tutarlı nəsə tapılmadığından, krılovsayağı başlıq “sirr” olaraq qaldı…
“Priçem zdes” Əli Kərimli?”. Maraqlıdır…