Dinc Azərbaycan türklərinə qarşı edilən vəhşiliklərin baş ideoloqu Zori Balayan 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabında Xocalı körpələrinə edilən ağlasığmaz işkəncələri belə təsvir edir:
“Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən yeddi dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm (bu yırtıcı vətənində erməni ziyalılarının simvolu sayılır – X.Ə.), ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim… Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha üç türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim…”.
Təsəvvür edə bilirsinizmi, bu sətirlərin müəllifi və əlləri ilə Xocalı körpəsinin dərisini soyan erməni özünü humanist sayır. Mən qəsdən “həyasızcasına” və “utanmadan” epitetlərini işlətmədim, çünki bununla hesab edirəm ki, ona hardasa haqq vermiş olardım.
Bu vəhşiliyi ermənilərin ən humanist, hazırda Avropada(?) olan ictimai xadimi Zori Balayan “erməni ruhunun dirilməsi” kimi qələmə verir.
Oxşar hadisələri ermənilər XX əsrdə dörd dəfə başımıza gətiriblər, etiraf edək ki, 1988-ci ilə qədər daha “humanist” idilər, körpələrin başını kəsməklə, qadınların isə belinə qaynar samovar bağlamaqla kifayətlənirdilər. Xocalıdan öncə Ermənistanda yaşayan soydaşlarımızdan, ermənilərin körpələrə, qocalara edilən bu insaniyyətə sığmayan işgəncələrindən danışdılar.
Bəşəriyyət, əsrlər keçsə belə, dinc əhaliyə qarşı törədilən vəhşilikləri qınayır, xalqlar əsrlər sonra öz əcdadlarının etdiklərinə görə üzr istəməkdən belə çəkinmirlər.
Belə bir gündə bunun səbəbləri haqda danışmayacam. Təxminən bir il öncə yazdığım yazıdan sitat gətirmək istəyirəm. Bəli, söhbət Ramil Səfərovdan gedir. Beləliklə, Budapeşt təlimlərində erməni zabitlərin təhqirlərinə dözə bilməyərək onlardan birinin qətlə yetirən Azərbaycan ordusunun leytenantının məhkəmədəki çıxışından sitat:
“Mənim Vətənimin 20 faizi ermənilərin işğalı altındadır. Doğma yurdum Cəbrayıl mənim doğum günümdə işğal edilib. Ailəm də daxil olmaqla bir milyon soydaşım öz doğma yurdundan didərgin düşdü. Və hələ də işğal altındadır. Və tarixdə çox az rastlanılan bir vəhşiliklə məsum insanlar, körpələr, qadınlar yaşlılar öldürüldü. Mənim yaxınlarım, doğmalarım da gözlərim önündə erməni vəhşiliyinin qurbanı oldu. Bu mənim uşaqlığımın ən acı xatirələridir. Erməni zabitlər tərəfindən edilən təhqirlər, içimdə boğmağa çalışmaq istədiyim hisslərimin yenidən oyanmasına səbəb oldu. Bayrağımızla ilgili qəbuledilməz həqarətləri və divarı döyərək ”oxumaq zamanı deyil, vuruşmaq zamanıdır” demələrinə biganə qala bilməzdim”.
Budapeşt məhkəməsi bunu nəzərə almadı, halbuki tarixdən bizə ABŞ və NATO əskərlərinin Vyetnamdan başlayaraq Iraq müharibəsi zamanı oxşar cinayətlərdə, sivolik görünə biləcək cəzalarla canlarını qurtardığı haqda onlarla faktlar bəllidir.
Xalası oğlunun ermənilər tərəfindən öldürülməsi, əmisi oğlunun həyat yoldaşı ilə birlikdə itkin düşməsi, nəhayət, Xocalı vəhşiliyinin onun uşaqlıq xatirələrində sağalmaz iz buraxması da nəzərə alınmadı…
Ramilə oxşar cinayətlər tarixində ən ağır cəza verildi. Təxminən 8 ildən sonra ədalətin bərpasına isə, ermənilərin isterik reaksiyası təbiidir. Çünki bu gün onların ruhunun ölən günüdür. Xocalı körpəsinin dərisini soyanı qəhrəman sayan erməniləri narahat edən də budur.
Son olaraq bir nüansı da qeyd etməyi özümə borc bilirəm – hiss olunur ki, Ramilin azad olunması faktını, iqtidar korrupsioner, rüşvətə bulaşmış imicinin bərpasına və siyasi opponentlərinə qarşı ideoloji müharibəyə sərf etməyə çalışır. Bu yoldan çəkinmək lazımdır. Ən azı ruhun ölməməsi üçün. Yeri gəlmişkən…
Bu gün Vətən uğrunda ayağını, qolunu, gözünü itirən minlərlə oğullarımız, “layiq görüldükləri” 270 manatla (əlilliyə görə verilən ən yüksək müavinət, təxminən bu qədərdir – X.Ə.) ailələrini dolandırmaq məcburiyyətindədirlər. Düşmənə ən böyük zərbə, onların müavinətlərinin bir neçə dəfə artırılması olardı…