Palatka toyu, “Kristal zal”ıunutdurdu
Amerika reperi Pitbulun “IKnow You Want Me” mahnısı sosial şəbəkələrdə izlənmə sayına görə Ginnesin “Rekordlar” kitabına düşsə də, mütəxəssislər artıq bu rekordun təzələnəcəyini söyləyirlər. Maraqlıdır ki, Azərbaycan meyxana ustalarının populyar “tıkto takoy, davay dosvidaniya”sıda ehtimal edilən variantlardan biridir.
Astarada keçirilən bu mağar toyundan… çəkilən təxminən 7 dəqiqəlik süjet rus demokratiyasının şüarına çevrildi və Putin başda olmaqla, MDB-nin oxşar rəhbərlərinin kürkünə birə saldı. Meyxana ustalarımızın rusca qafiyə tutaraq deyişmələri sosial şəbəkələrdə bir nömrəli trendə çevrildi. Artıq ümumi izlənməsayı(bütün variantlarda – X.Ə.) 20 milyonu ötüb.
Müqayisə üçün deyək ki, “Eurovision-2012″ mahnı müsabiqəsinin qalibi Isveç təmsilçisi Lorinin final mahnısıolan ”Eyforiya”nın izlənməsayıda təxminən bu qədər idi. Süjetin müəllifi Hilal Məmmədovun məlum həbsi, “davay dosvidaniya”nıyenidən önə keçirdi, indi bu rəqəmin 30 milyona çatması gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, Lorindən fərqli olaraq, bu süjeti yalnız postsovet məkanı ölkələri vətəndaşları izləyir. Ingilis versiyasının olmaması(!), meyxananın Ginnesin “Rekordlar” kitabına düşməsini hələlik ləngidir.
Putin karyerasında ən böyük zərbəni… Astaradan aldı
Bu süjet nəzərləri Rusiya vəMDB-nin oxşar rejimlərindəki tiranlara çevirdi. Ilk olaraq Vladimir Putin bundan nəsibini aldı. Bu meyxana, heç şübhəsiz, rus cəmiyyətində inqilabi əhval-ruhiyyəyaratdı. Xalqa sanki məhz bu meyxana çatmırdı, deyəki, “Putin sən kimsən axı, nə istəyirsən bu xalqdan, əl çək və əlvida”.
V.Putinin Astaradakıtoydan sonra…(!) Azərbaycana olan münasibətində mənfi dəyişikliklər daha qabarıq nəzərə çarpmaqdadır. Təsəvvür edirsinizmi, üç milyona yaxın azərbaycanlının yaşadığı ölkədə, Prezidentin yanında təşkil olunmuş Milli Şuraya xalqımızın nümayəndəsi seçilmədi, gömrükdə ciddi problemlər yarandı, separatçı qurumlarla iş birliyinə start verildi, Ermənistana qoşunlar gətirildi vəs.
Mən bunu o məhşur meyxana ilə əlaqələdirmək istəməzdim, amma gəlin etiraf edək ki, Putin bu toya qədər(!) bu kimi təfərrüatlara varmırdı…
Iqtidar Hilal Məmmədovun həbsinin Putin vədigər MDB diktatorlarına bir jest olacağını düşünür, mesaj verir ki, “narahat olmayın, meyxana kontroldadır”. Bəri başdan deyək ki, bu, yanlış addımdır, bu meyxana Putinin “evini yıxıb”, o, bir aydır dua edir ki, bu mövzu bir az köhnəlsin, bizimkilər isəsüjet müəllifini həbs etməklə, bu “bəla”nı gündəmdə saxlayırlar(?). Maraq isə, artan xətt üzrə davam edir…
Meyxana təriflərindən məst olan iqtidar, niyə təşvişə düşdü?
Astara toyundakı 7 dəqiqəlik meyxananın populyarlığıAzərbaycan iqtidarını narahat etməyə bilməzdi – “Eurovision” ərəfəsi tənqidlər azmış kimi, əyalətdəki “palatka toy”u yüz milyonlarla pul xərclənmiş “Kristal zal” əzəmətini heçə endirdi. Cavab özünü ləngitmədi – məhşur meyxananı sosial şəbəkəyə yerləşdirən ziyalı, hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədov bu günlərdə həbs edildi. Ənənəvi olaraq onun cibindən 30 qram narkotik vasitə“tapıldı” və barəsində həbs-qətiimkan tədbiri seçildi. Yəni o qədər tələsdilər ki, başqa ssenariyə vaxt qalmadı. Əslində bu, yəni narkotika ittihamı, rejimin cəmiyyətə etdiyi bir çağırışdı, yəni söhbət narkotikdən getmir!(?) Heç bir partiyanın üzvü olmayan, siyasi ambisiyalardan uzaq bir ziyalı olan Hilal bəy Rusiyanın NTV kanalına sadəcə“bir palatka toyundakı meyxana, yüz milyonlar xərclənən ”Eurovision”u unutdurdu” – demişdi(!).
…Meyxananın populyarlıq qazanmasında iqtidar da az rol oynamayıb. Lakin etiraf edək ki, onların 20 illik zəhməti hədər getdi, Azərbaycan meyxanası xaricdə, məhdiyyə ilə yox, hələçox diktatora kabus yaşadacaq inqilabi, “davay, dosvidaniya” ilətanındı…