Dövlət büdcəsindən milyardlar necə xərclənib? Iş elə gətirib ki, bizim milli sərvətlərin xərclənməsinə hər yanaşmada yeni bir dəhşət mənzərəsi ortaya çıxır. Deməli, 2007-2013-cü illərdə dövlət büdcəsindən investisiya layihələrinə 32,5 milyard manat xərclənib. Dəyərli soydaşlar, təhsil və səhiyyə sektoruna ayrılan investisiya layihələrinə isə birlikdə bu qədər vəsaitin 1,545 milyard manatı və ya 4,8%-i xərclənib.
Indi kef edin və bilin ki, boğazınızdan kəsdiyiniz pulları Iranın, Türkiyənin, Avropanın və başqa xarici ölkələrin klinikalarına tökməkdə davam edəcək, şəfa ümidi ilə hələ çox yollar ölçəcəksiniz.
Bəlkə çox sadə məsələdir? Büdcədən təkcə “Şahdağ” idman kompleksinə ayrılan investisiya nəinki səhiyyəyə qoyulan 6 illik xərcdən çoxdur, hətta 6 il ərzində (2007-2013-cü illər) təhsilə qoyulan investisiyadan çoxdur.
Tanınmış iqtisadçı və yorulmaz tədqiqatçı Rövşən Ağayevdən götürdüyüm bu rəqəmlər real büdcə xərcləri əsasında hesablanıb və martın 27-də Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin (sədri tanınmış iqtisadçı Azər Mehtiyevdir) “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” mövzusunda konfransda səsləndirilib. Onların hesabatındakı rəqəmləri sadə cədvələ çevirdik ki, rahatlıqla müqayisə aparasınız.
2007-2013-cü illərdə dövlət büdcəsində ayrılan investisiyalar |
Milyon manatla |
Təhsilə qoyulan investisiyalar |
909,0 |
Səhiyyə layihələrinə yönəldilən investisiyalar |
636,0 |
“Şahdağ”a qoyulan investisiya |
988.2 |
İdman layihələri üzrə investisiyalar |
794,5 |
Mədəniyyət və turizm layihələri üzrə investisiyalar |
1464,2 |
Aqrar sektora və melorasiya sisteminə qoyulan investisiyalar |
1420.0 |
Şəmkir dəryaçası |
500 |
“Azəriqaz”a yatırılan investisiyalar |
1100.0 |
ARDNŞ və AzAL-a yatırılan investisiyalar |
895.0 |
Bakı şəhər İH-nin layihələrinə ayrılan investisiyalar |
1465.5 |
Nəqliyyat layihələrinə yönəldilən investisiyalar |
7012.2 |
Prezident Aparatına ayrılan investisiyalar |
700.9 |
İçməli su sektoruna yatırılan investisiyalar |
1972.1 |
Enerji sektoruna yatırılan investisiyalar |
1736.4 |
Metropolitenə yatırılan investisiyalar |
1282.8 |